Icma.az
close
up
RU
Lerik sakini Prezidentə müraciət etdi: “Evimiz uçmaq təhlükəsi altındadır”

Lerik sakini Prezidentə müraciət etdi: “Evimiz uçmaq təhlükəsi altındadır”

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Lerik rayonunun Kornədi kənd sakini Elxan Kərim oğlu Yəhyayev Prezident İlham Əliyevə müraciət edərək, yaşadığı evin qəzalı vəziyyətdə olduğunu və ailəsinin ciddi təhlükə altında yaşadığını bildirib. O, redaksiyamıza müraciətində qeyd edib ki, 1959-cu ildə tikilmiş evi, yerin sürüşkən olması səbəbindən, hazırda uçmaq üzrədir:

“Evin divarlarında iri çatlar yaranıb, pol sınmış, binövrə daşları dağılıb. Bir sözlə, ev yaşamaq üçün tam yararsız vəziyyətə düşüb. Ailə üzvlərim hər an qorxu içində yaşayır. Biz kasıb yaşayırıq, maddi imkanımız yoxdur”.

Elxan Yəhyayev müraciətində Prezidentin və Birinci vitse-prezident Mehriban Əliyevanın humanist və qayğıkeş fəaliyyətinə güvəndiyini bildirərək, qəzalı vəziyyətdə olan evin yenidən qurulması və ya dəstək verilməsi üçün aidiyyəti qurumlara göstəriş verilməsini xahiş edib:

“Gələcəkdə baş verə biləcək bədbəxt hadisənin qarşısını almaq üçün Sizdən kömək gözləyirik. Ümidimizi dövlətimizdən kəsməmişik və inanırıq ki, bizim bu ağır vəziyyətimizə biganə qalmayacaqsınız”.

Müraciət müəllifi, qanun çərçivəsində ona və ailəsinə mümkün olan dəstəyin göstəriləcəyinə ümid etdiyini bildirib.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 İyul 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri