Lerikdə iri qaya parçası yola düşüb, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb FOTO
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Lerikdə iri qaya parçası yola düşüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayonunun ucqar dağ kəndi olan Dico kəndində iri qaya parçası yola düşüb. Nəticədə Lerik-Piran-Veri-Dico kənd yolu bağlanıb, nəqliyyatın hərəkətində problem yaranıb.
Kənd ərazi icra nümayəndəsi Bəyəli Bədəlov APA-nın cənub bürosuna hadisəni təsdiqləyib: "Dico kənd sakinlərinin rayonla daha qısa yolu Veri-Dico yolu bağlanıb. Sakinlər digər yol olan Tikaband-Hücü-Dico yolundan istifadə edirlər. Bu da əsas yoldan bir az uzaq olur. Məsələ ilə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb. Yolsuzluq şəraitinə görə, əraziyə ağır texnikalar çıxa bilmir. Qaya parçasını yoldan götürmək üçün digər alternativ variantlar nəzərdən keçirilir".
Qeyd edək ki, hazırda Dico kəndində 10-a yaxın ailə yaşayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 11 Dekabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















