Icma.az
close
up
RU
Lerikdə qonşular arasında dava TƏFƏRRÜAT

Lerikdə qonşular arasında dava TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Lerik rayonunda 35 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 23-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Fərman həmin gün saat 13:40-da həmkəndlisi Əli (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında olan mübahisə dava-dalaşa çevrilib. 
Dava xamanı Fərman əlindəki bel və təpik-yumruq zərbələri ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə vurub. 
Hadisəni törədən Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birliklə Lerik rayonunun  kəndində yaşayır: 
“Zərərçəkmiş şəxsi tanıyıram,  həmkəndlimdir. Yanvarın 23-də, saat 13:00-da kənd ərazisində yerləşən Aqilin həyətindən keçən su xətti qırıldığı və həyətimə su gəlmədiyi üçün ora getdim. Zərərçəkmiş Əli isə Aqilin həyətində qoyun otardı. Bu zaman mənə yaxınlaşaraq nə üçün bura gəldiyimi deyərək üstümə hücum çəkdi. Əlindəki çomaqla qollarıma, belimə, başımın arxa nahiyəsinə vurdu. 
Mən də dava-dalaş zamanı əlimdəki bel ilə və təpik-yumruq zərbələri ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona xəsarət yetirdim”.
Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlər barışıb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Sentyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri