Icma.az
close
up
RU
Статья не опубликована
Lerikdə tövlə tikmək üçün Bakıdan icazə alınmalıdır Qüdrət Həsənquliyevdən kəskin çıxış

Lerikdə tövlə tikmək üçün Bakıdan icazə alınmalıdır Qüdrət Həsənquliyevdən kəskin çıxış

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

“Bələdiyyələrlə bağlı bu auditoriyada çox danışmışıq, onların səlahiyyətlərinin az olmasından gileylənmişik. Biz məruzəni də dinlədik. Məruzədə çatışmayan konkretlikdir. Məsələn, məruzədə qeyd olunur ki, şəhid ailələrinə kömək olunub, kimlərəsə yardımlar göstərilib. Neçə nəfərə yardım göstərilib, neçə şəhid ailəsinə kömək edilib, hansı məbləğdə kömək edilib? Misal üçün, neçə binanın qarşısında abadlıq işləri aparılıb? Neçə kilometr yol təmir olunub? Bu barədə məlumatlar yoxdur”.

Musavat.com bildirir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat məruzəni təqdim edən rəsmi şəxsə xitabən “toplanan vəsaitin nə qədəri bələdiyyə işçilərinin əməkhaqqına gedib, nə qədəri digər işlərə sərf olunub?”, - deyə sual edib.

Ardınca bildirib ki, mütəmadi olaraq ayda iki dəfə seçicilərlə görüşür:

“Sonuncu dəfə seçicilərimlə görüşəndə onlar əvvəllər olduğu kimi gileylənirdilər ki, misal üçün, Xətai rayonunda, şəhərin kənarında axşamlar öz evlərinə getməyə qorxurlar, küçələr küçə itləri ilə doludur. Məsələn, bələdiyyələr bu istiqamətdə hansı işləri görürlər? O itlərin sığınacaqlarda yerləşdirilməsi ilə bağlı tədbirlər görürlərmi? Bizə şikayət edirlər ki, binaların giriş qapıları yoxdur. Həyətlər yaxşı işıqlandırılmır, su ilə dolu olur, çökəklər var, abadlığa böyük ehtiyac duyulur, uşaqların oynaması üçün yer yoxdur.

Burada qeyd edildi ki, tövsiyə olunub ki, bələdiyyə müəssisələri yaradılsın. Yaxşı, bu tövsiyə nəticəsində neçə bələdiyyə müəssisəsi yaradılıb? Orada nə qədər insan işlə təmin olunub? Məruzədə bu barədə heç bir məlumat yoxdur.

Hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan ümumiləşdirmə aparmalıdır. Yoxsa neçə sərəncam ləğv etdik, neçə şəxsin torpağını özünə qaytardıq kimi addımlar yetərli olmamalıdır və təkliflər verilməlidir.

Biz bilirik ki, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev cənab Prezident tərəfindən yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə də rəhbərlik edir. Yəni bu mərkəzin fəaliyyəti nədən ibarətdir? Biz görürük ki, məsələn, “PAŞA Holdinq” ölkədə qanunvericiliyin vəziyyəti ilə bağlı tədbirlər keçirir. Bəs, bu publik hüquqi şəxsin fəaliyyəti harada qaldı? Axı, dövlət onu bu məqsədlə yaradıb”.

Qüdrət Həsənquliyev daha sonra seçicilərini narahat edən məsələlərdən bəhs edərkən bunları bildirib:

“Mən axırıncı dəfə insanları qəbul edəndə bir neçə xanım qəbuluma gəlmişdi. Mən onları ürək ağrısı ilə dinlədim. 5 il müddətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Xidməti tərəfindən onlarla müqavilə bağlanıb və onlar şəhərdə abadlıq işləri görür, parklarda, küçələrdə təmizlik işləri ilə məşğul olurdular. İndi onların müqavilə müddəti başa çatıb və hamısı işdən xaric olunur. Mən DOST Xidmətinin rəhbərliyi ilə əlaqə saxladım, vəziyyəti öyrəndim. Onlar bildirdilər ki, Nazirlər Kabinetindən vəsait ayrılmır ki, müqavilələri uzadaq. Əlavə etdilər ki, onlar gedib həmin nazirliyin tərkibindəki Dövlət Məşğulluq Agentliyinə müraciət edib, iş axtarsınlar, yaxud özləri üçün başqa fərdi əmək fəaliyyəti ilə məşğul olmaq barədə düşünsünlər.

Mən dedim ki, eyni nazirlikdir və bilirsiniz ki, nə qədər insanın əmək müqaviləsinə xitam verilir. Soruşdum ki, neçə insandan söhbət gedir. Həmin rəqəmi açıqlamaqdan imtina etdilər. Dedim, siz bilirdiniz ki, bunların müqaviləsi bitir, vaxt bitməmiş elə özünüz göndərərdiniz həmin mərkəzə (eyni nazirliyin tərkibindədir) və onlar da bu işlə məşğul olardılar.

Onu da qeyd etdim ki, cənab Prezident deyib ki, “biz xalqa xidmət edirik, xalqın qulluqçularıyıq”. Niyə siz təşəbbüskarlıq göstərmirsiniz? Həmin xanımlar ayda cəmi 320 manat maaş alırdılar. Söyləyirdilər ki, kartlarına aylıq cəmi bu qədər vəsait köçüb. Bəziləri tək anadır, himayələrində uşaqlar var. Bu insanlar sadəcə çarəsiz qalıblar ki, hara üz tutsunlar, harada iş tapsınlar?

Bələdiyyə müəssisələri ilə əlaqədar mən bunu söylədim ki, bu müəssisələrin yaradılması üçün hansı işlər görülməlidir? Bu gün təşəbbüskar olmaq lazımdır. Mən əvvəllər də məsələ qaldırmışdım. Məsələn, Lerikdə bir tövlə, Astarada mağaza tikmək, yaxud ictimai iaşə müəssisəsi açmaq üçün gəlib Bakıdan icazə alınmalıdır. Dünyanın bütün inkişaf etmiş, sivil ölkələrində tikintiyə icazəni bələdiyyələr verir. Əgər bələdiyyələrə belə bir səlahiyyət tanınsa, sizi əmin edirəm ki, ölkədə investisiya qoyuluşu 3-4 dəfə artacaq, süründürməçiliyə, proteksionizmə son qoyulacaq, bütün neqativ hallar aradan qaldırılacaq. Ölkədə sürətli bir inkişafa nail ola biləcəyik.

Ona görə hesab edirəm ki, bu istiqamətdə köklü, radikal addımlar atmaq lazımdır. Bu işdə də bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqan təşəbbüskar olmalı, təkliflər verməlidir”.

Deputat ardınca deyib:

“Hamımız görürük ki, bələdiyyələr faktiki surətdə ciddi işlərlə məşğul deyillər. Ona görə hesab edirəm ki, müvafiq dövlət orqanları mənim bu çıxışımdan nəticə çıxaracaq, həm də həmin xanımların işlə təmin olunması üçün hansısa addımlar atılacaq”.

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Fevral 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri