Lerikin icra başçısının sakinlərə qayğısı: Vətəndaşlar soyuqda, başçı isə qızdırıcının yanında...
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Piran kəndində növbəti səyyar qəbul keçirib.
Sitat.info xəbər verir ki, qəbulda çəkilən fotolar sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.
Belə ki, Piran və Zərigüməco kəndlərinin sakinlərinin iştirak etdiyi görüşdə, zalı isitmək üçün quraşdırılan qızdırıcıların icra başçısı və digər rəhbər işçilərin yanına qoyulması, vətəndaşlar əyləşən tərəfdə heç bir qızdırıcının olmaması diqqət çəkib. Bu fotonun icra başçısının nə dərəcə sakinlərin "qayğısına qaldığını" ortaya qoyub.
Qeyd edək ki, görüşdə kəndlərin elektrik təsərrüfatının yenilənməsi, içməli su probleminin həlli, yollarının təmiri ilə bağlı tələblər səsləndirilib.
Məğrur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 10 Yanvar 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















