Icma.az
close
up
RU
Lətif Qəndilov: Prezidentlərin razılaşması ən yüksək səviyyədə yerinə yetirilib

Lətif Qəndilov: Prezidentlərin razılaşması ən yüksək səviyyədə yerinə yetirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bişkek, 25 aprel, AZƏRTAC

Bişkekdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri triumf ilə başa çatıb. K.Moldobasanov adına Qırğızıstan Milli Konservatoriyasının Böyük konsert zalında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında Mədəniyyət Günlərinin rəsmi bağlanış mərasimi keçirilib. Mədəni tədbirlər caz konserti ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Veçerni Bişkek” qəzeti məlumat yayıb.

Tədbirdə Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Timurlan Ajımalıyev, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov, yaradıcı ziyalıların nümayəndələri və tələbələr iştirak ediblər.

T.Ajımalıyev qeyd edib ki, Mədəniyyət Günləri iki xalqın mənəvi yaxınlığı, tarixi bağları və mədəni əməkdaşlığı tarixində daha bir parlaq səhifə açıb. O, Bişkekdə keçirilən tədbirlərin - sərgilərin, ədəbi görüşlərin, konsert proqramlarının və teatr sənəti üzrə ustad dərslərinin cəmiyyəti əsl mənəvi qida ilə zənginləşdirdiyini vurğulayıb.

Öz növbəsində, M.Hüseynov Azərbaycan Mədəniyyət Günlərinin yüksək səviyyədə təşkilinə və yaradılan şəraitə görə Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinə minnətdarlığını bildirib.

Azərbaycanın Qırğızıstandakı səfiri L.Qəndilovun sözlərinə görə, dörd gün davam edən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş ikitərəfli görüşlər və danışıqlar aparılıb. Peşəkar yaradıcı kollektivlər tamaşaçılara Azərbaycan xalqının zəngin və orijinal mədəni irsini əks etdirən parlaq, rəngarəng konsert proqramları təqdim edib, milli mahnı və melodiyalar səsləndirilib, sərgilər təşkil olunub. Bütün tədbirlər tam anşlaqla keçib.

Səfir deyib: “Ölkələrimiz arasında əlaqələr, xüsusən də son üç ildə dərinləşən əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar istiqamətlərdə sürətlə inkişaf edir. Biz ortaq keçmişin, tarixin birləşdirdiyi xalqlarıq və bir-birimizi milli incəsənətimizin gözəlliyi, zəngin mədəniyyətimiz, adət-ənənələrimiz ilə daha yaxından tanış etməliyik. Mədəniyyət sahəsi bizim yaxın olduğumuzu göstərən geniş imkanlara malikdir, onun vasitəsi ilə qardaşlığımızı şüurlu şəkildə formalaşdırmaq, xalqlarımıza göstərmək imkanı var.

İki il əvvəl ölkələrimizin prezidentləri - İlham Əliyev və Sadır Japarov Bakıda və Bişkekdə qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsinə dair razılıq əldə etmişdilər və mən dövlət başçılarının qarşıya qoyduğu vəzifənin ən yüksək səviyyədə yerinə yetirilməsi münasibətilə hər iki ölkənin mədəniyyət nazirliklərini təbrik etmək istərdim”.

Mədəni tədbirlərin əhəmiyyətini qeyd edən L.Qəndilov daha sonra vurğulayıb: “Keçən il Bakıdakı Mədəniyyət Günləri hər bir azərbaycanlının ürəyincə olan məkanda - Heydər Əliyev Mərkəzində keçirildi. Bu tamaşa zalında çıxış etmək hər kəsə nəsib olmur. Lakin o, öz qapılarını qardaş qırğız xalqının üzünə geniş surətdə və qonaqpərvərliklə açıb.

Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Qırğızıstanın görkəmli Xalq yazıçısı Kayrat İmanəliyevin əsəri əsasında hazırlanmış “Dədə Qorqud” tamaşası nümayiş etdirilib. Bakı tamaşaçıları - ziyalılar, teatrsevərlər qırğızıstanlı sənət adamlarını əsl hərarət və səmimi heyranlıqla qarşıladılar. Tamaşa teatrsevərlərdə unudulmaz təəssürat yaratdı. Onlar tamaşanın təkcə bədii dəyərini deyil, həm də dərin fəlsəfi mahiyyətini yüksək qiymətləndiriblər. Nümayəndə heyətinin üzvləri, incəsənət xadimləri, Azərbaycanın Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi adından Bişkekdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilinə görə Qırğızıstan tərəfinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ölkələrimizdə Mədəniyyət Günlərinin keçirilməsi ictimai həyatda nəzərəçarpacaq və əlamətdar hadisəyə çevrilib, habelə geniş rezonans doğurub”.

Mədəniyyət günləri Azərbaycanda və xaricdə tanınmış kollektivlərin möhtəşəm çıxışları ilə başa çatıb. Günün ikinci yarısında Qırğızıstanın “Manas” Milli Teatrında Azərbaycanın Qədim Musiqi Alətləri Ansamblının konserti olub. Axşam isə Elbəy Məmmədzadə (piano), Saleh Məmmədov (bas gitara) və Eyvaz Həşimovdan (zərb alətləri) ibarət “Etno-Jazz” triosu caz həvəskarları üçün çıxış edib. Qrup Azərbaycan bəstəkarları Arif Məlikov, Tofiq Quliyev, Vaqif Mustafazadənin əsərlərini, həmçinin caz aranjemanında dünya klassiklərindən fraqmentləri ifa edib. Bu qrupun üzvləri öz sənət janrlarını layiqincə təmsil edən dünyasəviyyəli musiqiçilərdir. Onlar öz bəstələrində müasir musiqini Şərqin mənəvi mədəniyyətində dərin kök salmış Azərbaycan xalq musiqisi - muğamla şərh edirlər. Ona görə də deyə bilərik ki, Azərbaycan cazında nəsillərin dialoqu hiss olunur. Caz muğamının nadir nümunələri ilə tanış olan Qırğızıstan ictimaiyyəti isə bu unikal musiqi janrını və ifaçıların məharətini yüksək qiymətləndirib, hər nömrəni gurultulu alqışlarla qarşılayıb.

Beləliklə, Qırğızıstandakı mədəniyyət bayramı başa çatdı, dost Azərbaycanın nümayəndə heyəti vətənə uçdu. Ancaq işıq və əmin-amanlıqla dolu günlər xoş təəssürat yaratdı, bir çox qırğızıstanlıları zəngin mədəni irsə malik bu gözəl ölkəni öz gözləri ilə görməyə ruhlandırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri