Levandovski qərarını verdi
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Son vaxtlar Robert Levandovskinin gələcəyi ilə bağlı müxtəlif şayiələr dolaşırdı. O, artıq bu mövzuda qərar qəbul edib.
"Football-plus.az" xəbər verir ki, İspaniya mənbələrinin məlumatına görə, 37 yaşlı hücumçu karyerasını “Barselona”da davam etdirməyə üstünlük verir.
Robert klubda martda keçiriləcək prezident seçkisindən sonra gələcəyi ilə bağlı qərarını rəhbərliyə bildirəcək. Polşalı futbolçu “Barselona”da qalmaq üçün maaşının azaldılmasına da razıdı. Xəbərlərdə karyerasının qürub çağında Robertə puldan daha çox sabitlik lazım olduğu qeyd olunur.
Levandovski cari mövsümdə bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti iyunun 30-na qədər nəzərdə tutulub.
Baxış sayı:132
Bu xəbər 16 Fevral 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















