Levandovski qoruyucu maskada məşqlərə başladı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Levandovski qoruyucu maskada məşqlərə başladı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Barselona"nın hücumçusu Robert Levandovski ağır zədədən sonra kataloniyalıların heyətində məşqlərə başlayıb.
QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, polşalı forvard məşqlər zamanı xüsusi qoruyucu maskadan istifadə etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, təcrübəli hücumçu La Liqanın 26-cı turunda keçirilən "Vilyarreal"la matçda (4:1) zədələnib. Futbolçuya sol göz yuvasının daxili sümüyünün sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 32 oyuna çıxan Levandovski 14 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Baxış sayı:229
Bu xəbər 04 Mart 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















