Icma.az
close
up
RU
Levon TerPetrosyanın belə bir ifadə işlətməsi açıq şəkildə insanlıq əleyhinə cinayəti etiraf etməyə bərabərdir Deputat

Levon TerPetrosyanın belə bir ifadə işlətməsi açıq şəkildə insanlıq əleyhinə cinayəti etiraf etməyə bərabərdir Deputat

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Levon Ter-Petrosyanın belə bir ifadə işlətməsi açıq şəkildə insanlıq əleyhinə cinayəti etiraf etməyə bərabərdir" - Deputat

Xəbər verdiyimiz kimi Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib ki, "biz 200 000-nə yaxın azərbaycanlını tarixi, doğma torpaqlarından qovmuşuq. Ermənistanı pisliklərdən təmizləmişik. Üç rayonda - Vardenis, Masis və Amasiyada azərbaycanlılar çoxluq təşkil edirdilər, habelə Zəngəzurda əhalinin böyük qismi azərbaycanlılar idi". İşğalçı ölkənin keçmiş prezidenti bu fikirləri ilə Ermənistanın faşist mahiyyətini, vaxtilə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin növbəti dəfə təsdiq edib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Razi Nurullayev bildirib ki, Levon Ter-Petrosyanın belə bir ifadə işlətməsi açıq şəkildə etnik təmizləməni müdafiə edir və insanlıq əleyhinə cinayəti etiraf etməyə bərabərdir:

"Bu, beynəlxalq hüquqa, insan haqlarına və bütün sivil cəmiyyət dəyərlərinə ziddir. 200,000-dən çox azərbaycanlının öz doğma torpaqlarından zorla qovulması, onların tarixi irsinin silinməsi və bu barbarlığın "Ermənistanı təmizləmək" kimi təqdim olunması tamamilə qəbuledilməzdir. Bu, nəinki keçmişdə törədilmiş cinayətlərin legitimləşdirilməsinə cəhd edir, həm də erməni cəmiyyətini düşmənçilik və nifrət ideologiyasına alışdırmaqdır".

Deputat vurğulayıb ki, bu kimi açıqlamalar sübut edir ki, Ermənistan heç zaman sülh və birgə yaşayış üçün yox, momodövlət qurmaq və azərbaycanlıları etnik təmizləməyə məruz qoymaq üçün çalışıb:

"Hər kəs anlamalıdır ki, bir xalqın öz doğma torpağından qovulması və etnik təmizləməyə məruz qalması nə tarixin, nə də gələcəyin qəbul edəcəyi bir həqiqətdir. Azərbaycan xalqı bu cür cinayətlərin heç vaxt unudulmayacağını və haqlı mövqeyini müdafiə edəcəyini bir daha sübut edib və edəcək.

Sülh yalnız tarixi ədalətin bərqərar olunması, Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtması və onlara qarşı törədilən cinayətlərin tanınması ilə mümkündür. Ermənistan rəhbərliyi və cəmiyyəti anlamalıdır ki, nifrət ideologiyası ilə gələcək qurmaq mümkün deyil".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 08 Yanvar 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri