Leyendən AB ölkələrinə çağırış: Öhdəliyinizi yerinə yetirin!
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen 62-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Avropa Birliyinə (AB) üzv ölkələri qarşılıqlı müdafiə öhdəliyini ciddi qəbul etməyə çağırıb.
Axar.az xəbər verir ki, o, AB müqaviləsində yer alan qarşılıqlı yardım maddəsinin (42-ci maddənin 7-ci bəndi) seçim yox, hüquqi öhdəlik olduğunu bildirib.
Leyen vurğulayıb ki, “hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipi yalnız etimad və real hərbi imkanlar olduğu halda məna kəsb edir.
O, AB-nin təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını azaltmaq üçün bu maddənin faktiki şəkildə işlək vəziyyətə gətirilməsinin vacibliyini qeyd edib.
AK prezidenti yeni Avropa təhlükəsizlik strategiyasının hazırlanmasını da təklif edib:
“Avropa təkcə hərbi gücü deyil, həm də ticarət, maliyyə, texnologiya, məlumatlar, kritik infrastruktur və informasiya kimi alətləri birgə istifadə etməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 14 Fevral 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















