Leyla, Arzu və Alena Əliyevalar musiqi alətlərinin təqdimatında
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb. Layihə musiqi məktəblərinin inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
"Unikal" xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində layihə çərçivəsində alınan musiqi alətləri nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər.
Layihə çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıra musiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb. Bunların sırasında tar, kamança, qanun, nağara kimi milli alətlərlə yanaşı, skripka, violonçel, royal, pianino və digərləri yer alır. Bu musiqi alətləri həm yerli ustaların əl işləri, həm də musiqi alətlərinin istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən sifariş olunan nümunələrdir. O cümlədən “Carlovy” violonçel və skripkaları, Avropanın akustik piano və royalların istehsalı sahəsində başlıca firması olan “Petrof” royalları, “Yamaha” pianoları bu musiqi alətləri sırasındadır.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihənin paytaxt və regionlardakı musiqi məktəblərində təhsilin inkişafına dəstək baxımından əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə də gənc istedadların inkişafına və təhsilinə göstərdiyi daimi dəstəyə görə təşəkkürünü bildirib.
Sonra Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə konsert olub.
 Baxış sayı:55
Baxış sayı:55 Bu xəbər 30 Oktyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 30 Oktyabr 2025 23:44 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















