Leyla və Arzu Əliyevalar yeni layihənin təqdimatında FOTO
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakupost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva layihə çərçivəsində COP29 məkanında və Dənizkənarı Milli Parkda təşkil edilən sərgi ilə tanış olublar.
Qeyd edək ki, COP29 zamanı “FINS Initiative” adı altında xüsusi panel müzakirələr və sərgi proqramı təşkil olunub. Sərgi çərçivəsində sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan, onların qorunmasının vacibliyini ön plana çıxaran fotolar nümayiş etdirilir.
On bir gün ərzində COP29-un Yaşıl Zonasında qurulmuş pavilyonda xarici ekspertlərlə panel müzakirələri keçiriləcək, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayişi olacaq.
Baxış sayı:130
Bu xəbər 11 Noyabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















