Icma.az
close
up
RU
Leyla Əliyeva COP29da panel müzakirələrində iştirak edib

Leyla Əliyeva COP29da panel müzakirələrində iştirak edib

Icma.az, Modern.az saytına istinadən bildirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva IDEA İB və “Great Whale Conservancy” təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dəniz ekosisteminin sağlamlığında və iqlim dəyişikliyinin azaldılmasında dəniz məməlilərinin rolu” mövzusunda panel müzakirələrində iştirak edib.

Modern.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Leyla Əliyeva dəniz canlılarının ekoloji balans və iqlim dayanıqlılığının təmin edilməsi baxımdan əhəmiyyətini vurğulayıb.

Dünyanın ən iri məməliləri olan balinaların karbon dioksidinin atmosferdə miqdarının azaldılmasında oynadığı rolu vurğulayan Leyla Əliyeva bildirib ki, 1985-ci ildə qüvvəyə minən müvafiq moratoriuma baxmayaraq, balina ovu hələ də bir sıra ölkələr tərəfindən davam etdirilməkdədir.

Daha sonra Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfəyə yaxın azalması panel iştirakçılarının diqqətinə çatdırılıb.

IDEA tərəfindən ötən 13 il ərzində icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva gənclər və geniş auditoriya üçün həyata keçirilən məlumatlandırma tədbirləri, könüllülərin iştirakı ilə baş tutan sahilyanı ərazilərin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və Xəzər dənizinin unikal biomüxtəlifliyinin qorunmasına yönələn bir sıra digər tədbirləri qeyd edib.

Panel müzakirələrinin davamında “Great Whale Conservancy” təşkilatının təsisçisi və direktoru Maykl Fişbax və Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin baş direktoru Tariyel Eybatov müxtəlif dəniz canlıları, o cümlədən balinaların və suitilərin dəniz ekosistemi üçün əhəmiyyəti və su hövzələrinin çirklənməsinin ətraf mühitə təsiri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri