Icma.az
close
up
RU
Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşdü Fotolar

Leyla Əliyeva İsveçrədə Qretel Agilar ilə görüşdü Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, 2014-cü ildən etibarən IUCN-in tamhüquqlu üzvü olan IDEA İctimai Birliyi təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və bu sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verir. IUCN-in ötən il Əbu-Dabidə keçirilən Ümumdünya Mühafizə Konqresində təqdim olunmuş birgə pavilyon və bir sıra digər layihələrə toxunan görüş iştirakçıları qazanılan müsbət təcrübəni qeyd edərək, qarşılıqlı əməkdaşlığın uğurla davam edəcəyinə inandıqlarını ifadə ediblər.

Həmçinin görüş çərçivəsində Azərbaycanda IUCN ilə yüksəksəviyyəli regional dialoqun təşkili, beynəlxalq tədbirlər çərçivəsində birgə iştirak, o cümlədən Dünya Şəhərsalma Forumu (WUF13), Ümumdünya Ətraf Mühit Günü və COP31 çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşün yekununda IUCN-in Azərbaycanda ölkə ofisinin açılması istiqamətində fəaliyyətlərin, eləcə də əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutan Niyyət Bəyannaməsi imzalanıb.

Tərəflər aparılan müzakirələri IDEA İctimai Birliyi ilə IUCN arasında uzunmüddətli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi dəyərləndiriblər.

Qeyd edək ki, 1948-ci ildən etibarən fəaliyyət göstərən IUCN ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də dayanıqlı inkişaf sahəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarından biridir. IUCN 1964-cü ildə nəsli kəsilmək təhlükəsi altında olan canlı və bitki növlərinin vəziyyətini əks etdirən Qırmızı Kitabı yaradaraq qlobal səviyyədə ekoloji qiymətləndirmə və qərarvermə proseslərinə mühüm töhfə verib.








Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri