Icma.az
close
up
RU
Leyla Əliyeva və Arzu Əliyeva ilin idman yekunları ilə bağlı qala mərasimində iştirak ediblər FOTO

Leyla Əliyeva və Arzu Əliyeva ilin idman yekunları ilə bağlı qala mərasimində iştirak ediblər FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi keçirib.

Milli.Az xəbər verir ki, tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Qala mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov 2025-ci ilin Azərbaycan idmanı üçün kifayət qədər uğurlu keçdiyini qeyd edib. Nazir il ərzində 2113 medalın qazanıldığını, bunun 30 faizinin qızıl əyarlı olduğunu bildirib. Bu isə Azərbaycan idmanı tarixində rekord göstəricidir. Nazir bu nailiyyətlərin Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində əldə olunduğunu vurğulayıb.

Daha sonra 4 nominasiya üzrə xüsusi mükafatlar təqdim olunub. Deflimpiya Oyunlarının gümüş mükafatçısı Coşqun Əliyev (cüdo, 60 kiloqram), boks üzrə dünya çempionu Sübhan Mamedov (50 kiloqram), Azərbaycan Atçılıq Federasiyası və cüdo üzrə qarışıq komanda xüsusi mükafata layiq görülüb.

2025-ci ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edildikdən sonra federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mərasimdə ilin ən yaxşı idman fotoqrafları, media qurumları və idman jurnalistləri də açıqlanıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) hər üç nominasiyada qaliblər arasında olub. İlqar Cəfərov ilin ən yaxşı idman fotoqrafı seçilib. AZƏRTAC ilin ən yaxşı yazılı media qurumları arasında, Agentliyin İdman redaksiyasının redaktoru Elnur Salahov isə ilin ən yaxşı idman jurnalistləri arasında ikinci yerə layiq görülüb.

"İlin ən yaxşı idman veteranı"

Tərlan Həsənov (cüdo)

Tamilla Bünyatova (atletika)

Məhəmməd Müslümzadə (sambo)

"İlin ədalətli oyun nominasiyası"

Azərbaycan Badminton Federasiyası

Azər İlyasov (Kanoe və avarçəkmə)

Rauf Məmmədov (şahmat)

"İlin ən yaxşı uşaq-gənclər idman məktəbi"

"Ulduz" futbol akademiyası

Respublika Kompleks idman məktəbi

Şuşa uşaq-gənclər idman məktəbi

"İlin ən yaxşı idman filmi və videoçarxı"

"Arzuların ardınca" filmi

"Baku Open" şahmat festivalı üçün videoçarx

"Uğur hekayəni yalnız öz gücünlə yaza bilərsən" (taekvondo)

"İlin ən yaxşı idman fotoqrafı"

İlqar Cəfərov (AZƏRTAC)

İslam Atakişiyev (idman.biz)

Samirə Həsənova ("Report")

"İlin ən yaxşı idman media qurumları" (Yazılı media)

"İdman.biz"

AZƏRTAC

"Report"

"İlin ən yaxşı media qurumları" (Telekanallar)

İctimai TV

"CBC Sport"

İdman TV

"İlin ən yaxşı idman jurnalistləri" (Yazılı media)

Elmir Əliyev (Haqqın.az)

Elnur Salahov (AZƏRTAC)

Səbuhi Musayev ("Prosport.Az")

İlin ən yaxşı televiziya jurnalisti

Fəridə Abdullayeva (İctimai TV)

Arifə Lətifova ("CBC Sport")

Vüqar Nəzərov (İdman TV)

"İlin ən yaxşı idman klubları"

"Ocaq Sport" İdman Klubu

"Neftçi" İdman Klubu

DİN-in İdman Cəmiyyəti

"İlin ən yaxşı idman qurğusu"

Milli Gimnastika Arenası

Gəncə İdman Sarayı

Tofiq Bəhramov adına Respublika Stadionu

"İlin ən yaxşı Olimpiya-İdman Kompleksləri" (OİK)

Quba OİK

Şəki OİK

Şirvan OİK

"İlin ən yaxşı idman həkimi"

Zaur Abdullayev (Azərbaycan Boks Federasiyası)

Müşfiq İbrahimov (Azərbaycan Güləş Federasiyası)

"İlin ən yaxşı hakimi"

Nazim Umbayev (Azərbaycan Cüdo Federasiyası)

Eldar Zülfüqarov (Azərbaycan Voleybol Federasiyası)

Cahangir Babayev (Azərbaycan Karate Federasiyası)

Ramil Vəliyev (Azərbaycan Cüdo Federasiyası)

"İlin ən yaxşı idman tədbirləri"

MDB Oyunları

Minifutbol üzrə dünya çempionatı

UFC döyüş gecəsi

"İlin ən yaxşı idman federasiyaları"

Azərbaycan Cüdo Federasiyası

Azərbaycan Boks Federasiyası

Azərbaycan Gimnastika Federasiyası

"İlin qadınlardan ibarət ən yaxşı klub komandaları"

"Azərreyl" voleybol klubu

"Neftçi" futbol klubu

"Azəryol" həndbol klubu

"İlin kişilərdən ibarət ən yaxşı klub komandaları"

"Qarabağ" futbol klubu

"Sabah" basketbol klubu

"Kür" həndbol klubu

"İlin ən yaxşı idman dəstəkçiləri"

"iTicket.az"

"Azercell"

"Azəryolservis"

"Uğurlu beynəlxalq əməkdaşlıq"

Azərbaycan Avtomobil Federasiyası

Azərbaycan Üzgüçülük Federasiyası

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası

"2025-ci ildə dövlət qurumları arasında idman yarışları"

Fövqəladə Hallar Nazirliyi

SOCAR

Daxili İşlər Nazirliyi

"İlin kişilərdən ibarət ən yaxşı milli komandaları"

Minifutbol üzrə milli komanda

Boks üzrə milli komanda

Yunan-Roma güləşi üzrə milli komanda

"İlin qadınlardan ibarət ən yaxşı milli komandaları"

3×3 basketbol üzrə milli komanda

Şahmat üzrə milli komanda

Futbol üzrə milli komanda

"Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı baş məşqçiləri"

Elşad Quliyev (minifutbol)

Nicat Abbasov (şahmat)

Hikmət Hacıyev (kikboksinq)

"İlin ən yaxşı qadın məşqçiləri"

Amina Abdullatif (cüdo)

Fəridə Əzizova (taekvondo)

Samirə Hüseynova (qılıncoynatma)

"İlin ən yaxşı kişi məşqçisi"

Qurban Qurbanov ("Qarabağ" futbol klubu)

Riçard Trautman (cüdo)

Elbrus Rzayev (boks)

"İlin ən yaxşı paralimpiyaçıları"

İlham Zəkiyev (paracüdo)

Raman Saley (paraüzgüçülük)

Kamran Zeynalov (paragülləatıcılıq)

"Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı idmançıları"

İrina Zaretska (karate)

Ülviyyə Fətəliyeva (şahmat)

Elvin Məmmədov (kikboksinq)

"İlin ən yaxşı qadın idmançıları"

Jalə Əliyeva (güləş)

Südabə Ağayeva (cüdo)

Nigar Nəsirova (atıcılıq)

"İlin ən yaxşı kişi idmançıları"

Həsrət Cəfərov (yunan-Roma güləşi)

Zelim Kotsoyev (cüdo)

İsa Rüstəmov (ağırlıqqaldırma)

Mükafatçılar bəlli olduqdan sonra tədbir bədii hissə ilə davam edib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Dekabr 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri