Icma.az
close
up
RU
Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində FOTOLAR

Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində FOTOLAR

Icma.az bildirir, Tribuna portalına istinadən.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı), ADA Universiteti, IDEA İB, “Caspian İntegrated Scientific Network” (CASPISNET), ABŞ-In Kaliforniya Universiteti (UCLA) və BMT-nin Ətraf Mühit Proqramı (ƏMP) tərəfindən birgə təşkil olunan “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa müzakirələrində iştirak edib.

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin əhəmiyyətini vurğulayıb. Dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizdən çoxunu təşkil edən Xəzər dənizinin malik olduğu zəngin ekosistem barədə tədbir iştirakçılarına məlumat verilib. Leyla Əliyeva Xəzər dənizində yaşanan problemlərin bir sıra canlıların, o cümlədən suitilər, nərə və qızılbalıqların populyasiyasına təsir etdiyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti IDEA İctimai Birliyi tərəfindən icra olunan müvafiq fəaliyyətlər, o cümlədən “Zəngin hövzələr”, “Bir damcı” layihələri və “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yaradılan ilk dənizkənarı mühafizə olunan ərazi seçilmiş Qızılağac Milli Parkı ilə bağlı bir sıra məsələlərə toxunub. Qeyd olunub ki, 2011-ci ildən etibarən 7 mindən çox könüllünün yardımı ilə sahilyanı ərazilərdən 120 tona yaxın tullantı toplanaraq təkrar emal edilib. Ətraf mühitin mühafizəsi sahəsində gənclərin rolunu vurğulayan Leyla Əliyeva Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılması istiqamətində çalışacaq gənc mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini qeyd edib.

Çıxışının yekununda Leyla Əliyeva Xəzər dənizinin unikal ekoloji sisteminin qorunması naminə monitorinq və davamlı təhlillərin aparılmasının vacibliyini qeyd edərək beynəlxalq ekspertlər və tədqiqat mərkəzlərinin nümayəndələrini birgə layihə və təşəbbüslərlə çıxış etməyə çağırıb.

Dəyirmi masa çərçivəsində, həmçinin Bakı Limanını nBaş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov, BMT ƏMP-nin “GRID-Geneva” proqramının rəhbəri Paskal Peduzzi, UCLA Universiteti Ətraf Mühit və Dayanıqlılıq İnstitutunun professoru, “CTrees” layihəsinin rəhbəri Sassan Saatchi, Bakı Limanının eksperti və CASPISNET-in koordinatoru Elnur Səfərov, Nazarbayev Universitetinin professoru Emil Bayramov və Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun professoru Andrey Kostyanoy tərəfindən müzakirə mövzusu ilə bağlı müxtəlif fikirlər irəli sürülüb.

Sonda Xəzər dənizində müşahidə olunan hərtərəfli problemlərin öyrənilməsi və onların mümkün həll yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə Xəzər İqlim və Dayanıqlılıq Mərkəzinin yaradılması elan edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Noyabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri