Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Cümə məscidini ziyarət edib.
APA xəbər verir ki, Leyla Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub.
Məscidin imamı bildirib ki, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib. Məsciddə eyni anda 600-ə yaxın şəxs ibadət edə bilər. Azad edilmiş ərazilərdə məscidlərin bərpasının din xadimlərini, ibadət əhlini xüsusilə sevindirdiyini bildirən imam Cümə məscidinin də dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.
Ziyarətin sonunda Leyla Əliyevaya “Qurani-Kərim” hədiyyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 02 İyul 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















