Icma.az
close
up
RU
Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda keçirilən “Gənc arıçı” layihəsinin təlim mərhələsi yekunlaşıb

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda keçirilən “Gənc arıçı” layihəsinin təlim mərhələsi yekunlaşıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi Xızı rayonunda uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, bu il layihənin ilkin mərhələsində Xızı rayonundan 100-dən çox gənc ailə müraciət edib. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsindəki bilik və təcrübəsi, sosial vəziyyəti, eləcə də arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün həyətyanı torpaq sahəsinin mövcudluğu əsas seçim meyarları kimi nəzərə alınıb. Bu meyarlara əsasən seçilmiş 20 iştirakçı xüsusi təlim proqramına cəlb olunub. Təlim mərhələsində iştirakçılara arıçılıqla bağlı həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb.

Layihənin növbəti mərhələsində iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim olunacaq. Bu mərhələdə onların effektiv istehsal fəaliyyəti üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata keçiriləcək.

Qeyd edək ki, “Gənc arıçı” layihəsi IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya proseslərə mane olmağa çalışır

31 İyul 2025 00:30see312

Orxan Sübhan: Qarabağ Boltsuz da, Yankoviçsiz də Şelburn u məğlub etmək gücündədir

29 İyul 2025 14:36see120

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see120

“Qarabağ”ın “Şelburn”la oyununa doğru: statistika nə deyir?

29 İyul 2025 14:32see119

“Kim zəmanət verə bilər ki, Tarif Şurası sabit tarifi artırmayacaq?” “Bu qurum Konstitusiyaya ziddir”

29 İyul 2025 13:53see117

Eşit, inanma… Təbriz VƏFALI YAZIR

29 İyul 2025 14:21see117

6 cı cinayətindən bəraət aldı

29 İyul 2025 16:33see116

3 ağır ürək diaqnozu olan xəstə ölümdən son anda qurtuldu

29 İyul 2025 16:32see115

Milli komandamızın üzvü niyə Moldova yox, Türkiyə klubunu seçib? Zimbru dan imtina edib

29 İyul 2025 12:20see115

Səfir: Pekin qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır

29 İyul 2025 20:34see114

Zaqatalada icra nümayəndəsinin evi yandı

29 İyul 2025 11:05see114

Bu qədər pulu varsa, ABŞ nin dövlət borcunu ödəsin Zaxarovadan CAVAB

29 İyul 2025 17:33see113

Araz Əzimov İran səfiri ilə görüşdü: Mövcud durum… KONKRET

29 İyul 2025 11:19see113

İşğal dönəmində Şuşaya hicran yaşadan xalçalar... Tarix i yenidən evində görmək qürur verir Video

29 İyul 2025 19:18see112

Əməkdar artist övladları ilə belə dincəlir Fotolar

29 İyul 2025 11:47see112

Diş sıxılmasından xilas olmağın yolları bunlardır

29 İyul 2025 13:48see111

Daha da dərinləşən siyasi və diplomatik uçurum ortaya çıxacaq POLİTOLOQ ŞƏRH ETDİ

29 İyul 2025 14:21see111

Bahalı geyimləri ilə öyünən xanəndə brendin adını SƏHV DEDİ VİDEO

29 İyul 2025 16:01see111

Qarpızın qiyməti niyə bahalaşır? AÇIQLAMA

29 İyul 2025 11:09see110

İnsanlar niyə belə videolara inanır? ŞƏRH

29 İyul 2025 15:31see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri