Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Leyla Hüseynova məşhur Əməkdar artistin QIZI İMİŞ

Leyla Hüseynova məşhur Əməkdar artistin QIZI İMİŞ

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Mən 2009-cu ildən etibarən Bakı Uşaq və Gənclər Teatrında bədii rəhbərin truppa üzrə köməkçisi funksiyasını icra edirəm. Teatrdakı əsas vəzifəm aktyorların nizam-intizamına və davamiyyətinə nəzarət etmək, yaradıcı heyətin məşqlərdə və tamaşalarda vaxtında iştirakını təmin etməkdir. Yeni səhnə əsərləri hazırlanarkən rolların bölgüsünün sənədləşdirilməsi, bədii rəhbərin, quruluşçu rejissorun və teatrda tamaşa hazırlayan digər rejissorların təlimatlarını truppaya çatdırmaq, həmçinin qastrol səfərləri və tədbirlərlə əlaqədar siyahıların tərtib olunması mənim məsuliyyətimdədir".

Oxu.Az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrında bədii rəhbərin truppa üzrə köməkçisi vəzifəsində çalışan Leyla Hüseynova səsləndirib.

O, daha sonra aktyorlarla işləməyin xüsusiyyətlərindən bəhs edib:

"Bütün teatrlarda müşahidə olunduğu kimi, hər bir aktyorun özünəməxsus şıltaqlığı olur. Çalışıram ki, hər bir sənətçi ilə onun öz dilində ünsiyyət qurum. Çünki aktyor ifa etdiyi hər bir rolu obrazın dilində çatdırmağa səy göstərir. Onlar hər gün işə eyni əhvali-ruhiyyədə gəlməyə bilərlər. Çünki aktyor tərəddüd edir: həyatın çətinlikləri ilə mübarizə aparsın, yoxsa bu həyatda qalmaq uğrunda savaşsın? Yaxud da canlandırdığı obrazlar barədə düşünsün? Ümumiyyətlə, indiki dövrdə insanlar bir-birilərinə qarşı anlayışlı davranmalıdırlar".

Leyla Hüseynova fəaliyyət göstərdiyi teatrı digər mədəniyyət ocaqlarından fərqləndirən cəhətləri qeyd edib:

"Şükürlər olsun ki, bizim teatrda digər böyük teatrlara xas olan problemlərin heç birinə rast gəlinmir. Mənim qənaətimcə, hər kəs öz adına layiq çalışır. Bizim adımız Bakı Uşaq və Gənclər Teatrı olduğu üçün, fəaliyyətimiz də məhz uşaqlar və gənclərə yönəlib. Lakin bəzi teatrlar öz adlarına uyğun fəaliyyət göstərmirlər. Məsələn, böyük teatrlar uşaq tamaşaları nümayiş etdirirlər. Bizim fərqimiz məhz bundadır".

Teatrda məsul vəzifə daşıyan Leyla Hüseynova tanınmış sənətkar, Əməkdar artist Əli Qulu Səmədovun qızı olduğunu da ilk dəfə dilə gətirib:

"Əməkdar artist Əli Qulu Səmədov mənim atamdır. Həyat yoldaşım Rauf Hüseynov da bu teatrda fəaliyyət göstərir. Rauf məndən əvvəl bu teatrda işləyib və mən işə düzələndə burada tanış olub, ailə həyatı qurmuşuq. O məndən daha təcrübəli olduğu üçün ondan tez-tez məsləhətlər alıram. Mənə çox dəstəyi olub. Lakin bizdə hər zaman ailə münasibətləri ayrı, iş münasibətləri ayrı tutulub. Atam da vaxtilə bu kollektivdə çalışıb. O, uzun illərdir incəsənət sahəsindədir və Azərbaycan kinosunun inkişafında böyük xidmətləri olub. Kinodan əlavə, yenidən teatr səhnəsində olmaq istədiyi üçün bizim teatra üz tutmuşdu. Bir müddət burada çalışdıqdan sonra təqaüdə çıxdı. Heç vaxt iş mühitində ata-qız və ya həyat yoldaşı münasibətlərini önə çəkməmişik. O söhbətlər iş prosesində keçərli deyil. İşdə atam da, həyat yoldaşım da mənə tabe olublar, çünki mən teatrda aktyorların rəhbəriyəm, yəni bədii rəhbərin truppa üzrə köməkçisiyəm", - deyə Leyla Hüseynova vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Fevral 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri