Icma.az
close
up
RU
Leylaların ömrü yarım qalmasın Yol qəza qurbanlarının sayı durmadan artır FOTO

Leylaların ömrü yarım qalmasın Yol qəza qurbanlarının sayı durmadan artır FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Arxa fonda fotoda gördüyünüz qız Leyladır. Bu gün o, aramızda yoxdur. Çünki yol qəzasının qurbanı olub. Leyla çox savadlı və istedadlı bir rəssam kimi formalaşırdı. Amma yol canavarı onu da aramızdan apardı. Leyla böyüyüb gözəl bir rəssam, qayğıkeş ana, sevimli övlad olacaqdı. Amma olmadı. Qəza qurbanı oldu. Qəzalara dur demək üçün sadə düstür var - Qaydalara əməl etmək!
Bu gün noyabrın sonuncu həftəsindən öncəki həftənin sonuna yaxınlaşırıq. Hər il noyabrın sonuncudan öncəki həftənin bazar günü Ümumdünya yol qəzası qurbanlarının Anım Günü kimi qeyd olunur. BMT tərəfindən qeyd olunan bu günün simvolik mənası dünya dövlətlərinin diqqətini yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün ciddi addımlar atmağa cəlb etməkdir. Təəssüf ki, hər il dünya üzrə yol qəza qurbanlarının sayı 1,5 milyon nəfər təşkil edir. Qəzalarda xəsarət alanlar isə bundan iki dəfə çox olur. Bu isə o deməkdir ki, yol qəzaları bütün dünyada Ümumi Daxili Məhsulun (ÜDM) aşağı düşməsinə birbaşa təsir edir. Dünyada bu rəqəmi ÜDM-nin 0.9 faizi kimi götürürlər. Azərbaycanda isə 0.4-0.6 faiz aralığında rəqəmlərin formalaşdığı ehtimal olunur.


Yol qəzalarının ÜDM-yə təsiri bir sıra sosial-iqtisadi amillərlə birbaşa bağlıdır. Birincisi, yol qəzasında ölümlərin çoxalması dövlətin iqtisadi inkişafına təsir göstərir. Bir insanın yetişdirilməsi üçün dövlətin çəkdiyi xərclər, onun ölümü, ölüm xərcləri, ölümdən sonra ailəsinə ödəniləcək sığorta və digər ödənişlər, himayəsində olan azyaşlı uşaqlara görə 18 yaşadək sosial ödəmələr və digər məsələlər birbaşa təsirdir. Üstəlik, qəza zamanı yol təsərrüfatına dəyən zərər də dövlətin üzərində qalır.
Qəza ölümlə nəticələndikdə hadisəni törədən şəxs cinayət məsuliyyətinə cəlb olunur. Belə olan halda, onun mühakiməsi və istintaqı dövlət üçün əlavə xərcdir. Şəxs həbsxanaya göndəriləcəksə iş qabiliyyətini itirmiş olacaq. Əvəzində isə dövlət onun həbsxana xərclərini (geyim, qida və s.) qarşılamalı olur. Bu dövrdə həmin ailənin çəkdiyi maddi və mənəvi zərər də hesablanmalıdır. Beləcə, dövlətdə və cəmiyyətdə itkilər formalaşır.


Bütün hallarda, qəzalar və qəzada ölüm və xəsarətlər bütövlükdə cəmiyyətin bir çox sahələrinə təsir göstərir. Yəni təkcə qəza törədən və ya qəzaya düşən tərəf yox, bütov cəmiyyət itirir. Odur ki, hər birimiz yol-nəqliyyyat hadisələrinə qarşı barışmaz mövqedə dayanmalı, ciddi mübarizə aparmalıyıq. Cəmiyyətimizi və dövlətimizi qorumaq üçün bunu mütləq etməliyik.

Yol qəzalarında həlak olanlara Allah rəhmət diləyirəm!

Elməddin Muradlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri