Icma.az
close
up
RU
“LANDMARK” BİZNES MƏRKƏZİ SATILDI Əməkdaşların işdən çıxarıldığı, xarici ofislərin bağlandığı bildirilir

“LANDMARK” BİZNES MƏRKƏZİ SATILDI Əməkdaşların işdən çıxarıldığı, xarici ofislərin bağlandığı bildirilir

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Bakıda xarici ölkə səfirliklərinin, şirkətlərin və beynəlxlaq təşkilatların ofislərinin yerləşdiyi “Landmark” Biznes Mərkəzinə məxsus 3 bina "Aqrarkredit" QSC-yə satılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Gününsəsi.info” məlumatlı mənbəyə istinadla xəbər yayıb. Qeyd olunur ki, bu gün səhər binada yerləşən qurumlarda çalışan əməkdaşlar ora daxil ola bilməyiblər. Onların giriş kartları deaktiv edilib. Həmçinin Mərkəzin bütün əməkdaşları kütləvi şəkildə işdən çıxarılıb.

Xatırladaq ki, binada Avropa İttifaqının Bakıdakı nümayənəliyi, Hollandiya, Venesuela, Litvanın səfirlikləri, həmçinin məşhur “Boston Consulting”, “Procter amd Gamble” şirkətlərinin ofisləri yerləşirdi.

“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “köhnə dəyirman” deyilən ərazidə Şimali Kiprdən olan mühəndis və tanınmış iş adamı Efruz Sami Müdüröğlu tərəfindən inşa edilib. Onun oğlu Eran Müdüroğlu bir müddət əvvəl Biznes Mərkəzini 120 milyon dollara hərraca çıxarmışdı. Amma binanın sahibləri onu hərraca çıxaran şirkətin fəaliyyətində qanunsuzluqları əsas gətirərək Ədliyyə Nazirliyindən hərrac prosesini dayandırmasını, başqa şirkətə ötürülməsini xahiş etmişdilər.

Qeyd edək ki, Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisi Nərgiz Nəsrullayevadır. O, 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır. Nərgiz Eran Müdüroğlunun həyat yoldaşıdır. O, Dövlət Neft Fondu icra direktorunun müşaviri vəzifəsində çalışıb. Ötən il N.Nəsrullayeva həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib.

“Landmark” Biznes Mərkəzinə aid binaları alan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) gəlincə, ona uzun müddət ölkədə “Şapka Mamed” ləqəbi ilə tanınan Məmməd Musayev rəhbərlik edib. Bu təşkilat 2015-ci ildə Beynəlxalq Bankla bağlı yaranmış korrupsiya qalmaqalından sonra onun milyardlarla dollarlıq kreditlərini qaytara bilməyən müəssisələrə nəzarəti ələ keçirib. Dünən isə “Aqrarkredit” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib, qurumun İdarə Heyətinin (İH) yeni tərkibi təsdiq edilib.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, “Şapka Mamed” və ətrafı qurumun rəhbərliyindən kənarlaşdırılıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Aprel 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri