Leysan yağışlar Gürcüstanın paytaxtında torpaq sürüşməsinə səbəb olub VİDEO
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Güclü yağışlar Gürcüstanın paytaxtı Tbilisidə daşqınlara və torpaq sürüşməsinə səbəb olub.
Gürcüstan KİV-lərinin məlumatına görə, Nadzaladevi rayonunda torpaq sürüşməsi baş verib və nəticədə yaşayış evlərindən birinin divarı zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Güclü yağıntılar səbəbindən küçələri, zirzəmiləri və bir neçə metro stansiyasını su basıb. Bir sıra yollarda nəqliyyatın hərəkəti iflic olub, həmçinin vaxtaşırı elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Şəhər xidmətləri və rayon administrasiyaları gecə boyu əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması üçün fövqəladə rejimdə çalışıblar.
Məlumata görə, Çikovani küçəsində qaz kəməri zədələnib. Yaxınlıqdakı çoxmənzilli binanın sakinləri müvəqqəti olaraq təxliyə ediliblər. Daha sonra qəza aradan qaldırılıb və qazın verilişi bərpa olunub. /trend/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 15 Avqust 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















