Li Cje Myon bu addımı İSTİSNA EDİB
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Zərurət yarandığı təqdirdə, Cənubi Koreya qoşunlarının Hörmüz boğazına göndərilməsi döyüş əməliyyatları ilə bağlı olmayacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, Cənubi Koreya Prezidenti Li Cje Myon bunu Seulda keçirilən mətbuat konfransında bildirib.
"Biz müharibədə iştirak və ya müdaxilə etmək üçün qoşun göndərməyəcəyik", - dövlət başçısı deyib.
Onun sözlərinə görə, Koreya Respublikası da digər ölkələr kimi vətəndaşlarını qorumaq və xam neft tədarükünü təmin etmək üçün zəruri tədbirləri nəzərdən keçirməyə məcburdur.
Li Cje Myon Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin piratçılığa qarşı mübarizə bölməsi "Çxonxe"ni Ədən körfəzində fəaliyyət göstərdiyini xatırladıb.
"Bildiyiniz kimi, "Çxonxe" bölməsi artıq (Ədən körfəzinə) yerləşdirilib və onun missiyası piratçılığa qarşı mübarizə də daxil olmaqla, vətəndaşların təhlükəsizliyini təmin etməkdir. Biz həqiqətən də bu tədbirləri gücləndirməyi düşünürük", - Prezident bildirib.
"Görünür, qoşun göndərməyin müharibədə iştirak etmək və ya onu dəstəkləmək, yaxud döyüş bölmələrinin göndərilməsi demək olacağı ilə bağlı narahatlıqlar var. Yenə də müharibədə iştirak etmək üçün qoşun göndərməkdən söhbət getmir", - Li Cje Myon vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 18 Sentyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















