Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Liderlər Qəbələdə, autsayderlər Mingəçevirdə üz üzə gələcək

Liderlər Qəbələdə, autsayderlər Mingəçevirdə üz üzə gələcək

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 16-cı tura start veriləcək.

"Football-plus.az" xəbər verir ki, ardıcıl iki gün ərzində keçiriləcək oyunlar PFL-in "1-ci liqa/2-ci liqa" "yutub" kanalında canlı yayınlanacaq.
Turun ilk matçına Binədə şahidlik edəcəyik. Burda "Baku Sportinq" "Cəbrayıl"ı sınağa çəkəcək. Paytaxt təmsilçisinin son oyunlarda göstərdiyi performans ilk "üçlük" uğrunda mübarizədə şanslarını xeyli azaldıb. Elman Sultanovun komandası nəinki iddialılar, ortabablar sırasında qərarlaşmaqda belə çətinlik çəkir.
Hadisələrin axarı paytaxt təmsilçinin autsayderlər qrupuna enməsinə belə səbəb ola bilər. Bu üzdən bakılılar daha məsuliyyətli davranmalı, ən qısa zamanda toparlanmalıdı. O başqa məsələ ki, qonaqların durumu da qənaətbəxş deyil. Düzdü, "Cəbrayıl" ötən həftə "Karvan"a qarşı inamlı oyun göstərdi və güclü rəqiblə qarşılaşmada xal qazandı. Lakin kollektiv indiyə qədər üzləşdiyi uğursuzluqları ört-basdır etmək üçün daha çox çalışmalıdı. Bu baxımdan "Baku Sportinq"lə matç yaxşı fürsətdi. Qonaqlar səfərdən qələbəylə qayıtsa, həm xal ehtiyatını artıracaq, həm də mövqeyini möhkəmləndirəcək. Belədə matçı diqqət mərkəzində saxlamaqda fayda var.
Növbəti oyunda "Mingəçevir" "Difai"i qəbul edəcək. Əvvəlcədən qeyd edək ki, matçın yeri dəyişdirilib. Daha doğrusu, oyun Yaşar Məmmədzadə adına şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək. Bilindiyi kimi, Füzuli Məmmədovun komandası "Baku Sportinq"i məğlub etməklə 14 tur davam edən qələbəsizlik seriyasını qırdı. İndi sonuncu pillədən qurtulmaq zamanıdı. "Nur şəhəri"nin təmsilçisi ardıcıl qələbələr qazanmağın yolunu tapmalı və qısa müddətdə təhlükəli zonadan qurtulmalıdı.
Bəs, "Difai" ilə oyunu bunun üçün uyğun imkan saymaq olarmı? Unutmayaq ki, Ağsu təmsilçisi son oyunlarda həm performans, həm də nəticə baxımından özünü yaxşı tərəfdən göstərir. Düzdü, qonaqlar səfərə heç-heçə dalınca da yollana bilər. Lakin autsayderlərin məhz qələbə uğrunda çarpışacağını düşünmək daha məqsədəuyğundu. Görünür, Mingəçevirdə turun ən prinsipial qarışılaşmalarından birinə şahidlik edəcəyik.
Sabah keçiriləcək oyunlara gəlincə, "Qaradağ Lökbatan" "İmişli"ylə sınaqdan üzüağ çıxmağa çalışacaq. Meydan sahiblərinin təhlükəli mövqedə olmasından xəbərdarsız. Fərid Məmmədovun komandası sabit nəticələr qazanmaqda çətinlik çəkdiyindən autsayderlər qrupundan uzaqlaşa bilmir. Həm hücum, həm də müdafiə planında ciddi boşluqlara yol verən kollektivin güclü rəqibin öhdəsindən gələcəyinə inanmaq sadəlövhlük olar. Lakin bu məqam "İmişli"ni arxayınlaşmasına şərait yaratmamalı, ilk "üçlük"dəki yerini möhkəmləndirməyə sövq etməlidi. Ümumiyyətlə, premyer-liqaya iddialı bölgə təmsilçisini favorit statusuna uyğun oyunla layiqli qələbə qazanmağa çalışacaq. Bu üzdən meydan sahibləri azı bir xal üçün tər tökməyə məcburdu.
Günün ikinci qarşılaşmasında "Zaqatala" MOİK-lə üz-üzə gələcək. Rüstəm Məmmədovun komandası ötən həftə "İmişli"yə uduzmaqla premyer-liqa şansına ciddi zərbə vurdu. Lakin hələ fürsət var. Böyük ehtimalla, meydan sahibləri bunu dərk etdiyindən "hərbçilər"in qarşısına hazırlıqlı çıxacaq. Onu da nəzərə alaq ki, MOİK indi xoşagəlməz vəziyyətlə üzləşib. 15-ci tur çərçivəsində keçirilən oyunda "Qəbələ"yə 0:4 hesabıyla uduzan komanda bu dəfə qalib gəlməyə, turnir cədvəlində "Zaqatala"nı qabaqlamağa çalışacaq. Tura "Qəbələ" - "Karvan" oyunuyla yekun vurulacaq. Bu komandaların mövsümün ilk duelində iddialı və qalmaqallı oyunla yadda qaldığını bilirsiz. "Qırmızı-qaralar"ın qələbəni haqq etmədiyini, hakimlərin qərəzi sayəsində hesabına 3 xal yazdığını iddia edən Yevlax təmsilçisi səfərə intiqam hissiylə yollanacaq.
Təbii ki, burda liderin durumu daha idealdı. Kaxaber Sxadadzenin komandası bir xalla da kifayətlənə bilər. Lakin çempionluğu vaxtından əvvəl dadmaq istəyən kollektiv həm də məğlubiyyətsizlik seriyasını davam etdirmək niyyətindədi. Odu ki, Kənan Kərimovun komandası matça yetərincə ciddi yanaşmalı, 9-a bərabər xal fərqini azaltmaq üçün əlindən gələni əsirgəməməlidi. Təbii ki, mövcud durum "Qəbələ"nin daha şanslı olduğunu deyir. Lakin "Karvan" da meydana yalnız qələbə üçün çıxacaq.
27 fevral
Baku Sportinq – Cəbrayıl

Binə, qəsəbə stadionu. Saat 13.30.
Mingəçevir – Difai
Mingəçevir, Yaşar Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). Saat 14.00.
28 fevral
Qaradağ Lökbatan – İmişli

Lökbatan, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Zaqatala – MOİK
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Qəbələ – Karvan
Qəbələ, şəhər stadionu. Saat 15.00
Xal durumu: Qəbələ - 39, Karvan - 30, İmişli - 27, Zaqatala - 21, MOİK - 20, Baku Sportinq - 18, Cəbrayıl - 16, Difai - 13, Qaradağ Lökbatan - 12, Mingəçevir - 11.
Bombardirlər: Emil Qasımov (Karvan) - 11, Bəhruz Teymurov (Karvan) - 10, Seyxan Fərəcov (İmişli) - 7.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Fevral 2025 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri