Icma.az
close
up
RU
Liderlər Vaşinqtonda nələri müzakirə edəcəklər?

Liderlər Vaşinqtonda nələri müzakirə edəcəklər?

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Görüş çərçivə sülh sazişinin imzalanması ilə başa çatacaq

ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Ermənistan və Azərbaycan liderləri ilə görüşü ABŞ-a Cənubi Qafqaz vasitəsilə strateji nəqliyyat dəhlizinin inkişafı üçün müstəsna hüquqlar verən çərçivə sülh sazişinin imzalanması ilə başa çatacaq.

AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ rəsmiləri "Reuters" agentliyinə bildiriblər.

Liderlərin cümə günü imzalayacaqları sənədlərə əsasən, Ermənistan uzun müddətə dəhlizin inkişafı üçün ABŞ-a eksklüziv xüsusi hüquqlar verməyi planlaşdırır. Rəsmilər bildiriblər ki, dəhliz Beynəlxalq Sülh və Rifah üçün "Tramp marşrutu" və ya TRIPP adlanacaq.

Onlar bildiriblər ki, marşrut Ermənistan qanunları əsasında fəaliyyət göstərəcək və ABŞ ərazidə infrastrukturu quracaq və idarə edəcək konsorsiuma subicarəyə verəcək.

“Bu addım kommersiya mexanizmləri vasitəsilə regionu açacaq və gələcək döyüşlərin qarşısını alacaq”, – ABŞ rəsmilərindən biri deyib.

“Ermənistan və Azərbaycan liderləri həmçinin 1992-ci ildən münaqişənin həllində vasitəçilik edən və Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi Minsk Qrupunun ləğvini tələb edən sənədləri imzalayacaqlar”,-deyə rəsmilər bildiriblər.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərinin bildirdiyinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə Trampla danışıqlarda və imzalanma mərasimində iştirak edəcəklər.

ABŞ rəsmiləri bildiriblər ki, tərəflər “sülhə aparan konkret yol”a nail olmaq və uzun müddətdir davam edən tranzit problemini həll etmək məqsədi daşıyan çərçivə sənədi imzalayacaqlar.

“Kyiv Post” ABŞ rəsmilərinə istinadən yazır ki, ABŞ “sərt təhlükəsizlik zəmanəti” vermir və ya marşruta qoşun göndərmir. Bunun əvəzinə, ABŞ-ın iştirakı sırf kommersiya xarakteri daşıyacaq, Vaşinqton “ən yaxşı operatorlarla” razılaşmalar vasitəsilə marşrutun “bütün tərəflər üçün təhlükəsiz işləməsini” təmin etmək üçün məsuliyyət daşıyacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 Avqust 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri