Icma.az
close
up
RU
Liderlərin Qəbələ zirvəsi Gündəmdə nələr var?

Liderlərin Qəbələ zirvəsi Gündəmdə nələr var?

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçiriləcək sammitində Orta dəhlizlə yanaşı Zəngəzur dəhlizinin açılması, gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə oluna bilər. Bunların ikisi hər zaman gündəmdədir. Dövlət başçılarının toplantısında sadəcə bu məsələlər deyil, Türkiyə-Azərbaycan əlaqələri, Naxçivanla Azərbaycanın digər ərazilərinin kommunikasiya vasitələri ilə birləşdirilməsi və digər məsələlərin də müzakirəsi mümkündür”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor, tanınmış politoloq Toğrul İsmayıl deyib.

O qeyd edib ki, TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə əsas müzakirə mövzularından biri kommunikasiya əlaqələri ilə bağlıdır: Sezar pizza

“Bu cür görüşlərdə hər dəfə yeni mövzular müzakirə olunur. Ümumilikdə götürəndə artıq təşkilat oturuşub və bir çərçivə var. Hazırkı dövrdə kommunikasiya və rabitə əlaqələri çox vacib məsələdir. Qazaxıstan, Türkiyə və Azərbaycan bu barədə ciddi addımlar atır. Orta dəhlizin fəaliyyətə başlaması da əsas müzakirə mövzuları arasındadır. Eyni zamanda dövlətlər arasında inteqrasiya mövzusu da hər zaman gündəmdədir. Türk Dövlətləri Təşkilatı getdikcə öz nüfuzunu artıran bir quruma çevrilir. Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin son zirvə toplantlarında daha aktiv iştirak etdiyinin şahidi oluruq. Macarıstanın aktiv şəkildə Türk Dövlətləri Təşkilatında yer almasının özü maraqlı prosesdir. Şimali Kiprin isə beynəlxalq səviyyədə tanınmaması isə birbaşa üzvlük üçün problemdir”.

Professor vurğulayıb ki, növbəti mərhələdə Şimali Kipr və Macarıstan da TDT-yə üzv ola bilər:

“Mən düşünürəm ki, dövlətlərimiz bütün problemlərə baxmayaraq, müəyyən mənada ciddi addımlar atır. Əlbəttə, zaman uyğun olduqda, Şimali Kiprin tam üzvlüyü məsələsi də həll ediləcək. Amma müşahidəçi olmaq da heç də pis deyil. Bu bir növ Şimali Kiprin özünün bəlli bir statusa gəldiyinin göstəricisidir. Macarıstan da Avropa İttifaqının üzvü olmasına baxmayaraq, bu təşkilatda yer alırsa, bunun özü də olduqca müsbət haldır. Gündəmdə Orta dəhliz məsələsi varsa, deməli Zəngəzur yolu məsələsi də var. Bu cür məsələlər hər zaman gündəmdə olan mövzulardandır”.

Qeyd edək ki, TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü 6 oktyabrda Qəbələdə keçiriləcək.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri