Icma.az
close
up
RU
Liderlərin qətiyyət marşrutu: Bakı Tbilisi Qars

Liderlərin qətiyyət marşrutu: Bakı Tbilisi Qars

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan, Türkiyə və Gürcüstanın milli maraqları bir-birini tamamlayır

Artıq birmənalı olaraq deyə bilərik ki, Cənubi Qafqazda transmilli nəqliyyat-kommunikasiya layihələrinin reallaşması yalnız Azərbaycanın deyil, həm də regionda sülhün və sabitliyin qorunub saxlanmasında maraqlı olan dünya dövlətlərinin strateji maraqlarına cavab verir. Burada təhlükəsizlik məsələlərini də unutmaq olmaz. Azərbaycanın bu qlobal layihələrdə həm tranzit ölkə, həm də neft və qaz təchizatçısı kimi oynadığı rol ölkəmizin geosiyasi çəkisini və nüfuzunu artıran mühüm amillərdən sayılmalıdır. 

Belə geostrateji nəqliyyat layihələrindən biri Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttidir. 2017-ci ilin oktyabrından fəaliyyət göstərən bu marşrut Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, sadəcə olaraq, üç ölkə arasında deyil, həm də iki qitə arasında ən qısa yoldur. Üstəlik, BTQ yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verməklə yanaşı, Mərkəzi Asiya ölkələrinin –Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropaya və dünya bazarlarına çıxışını asanlaşdırır. 

Amma onu da qeyd etməliyik ki, Avrasiyanın nəqliyyat xəritəsinin mühüm tərkib hissəsinə çevrilən BTQ layihəsinin reallaşması heç də asan başa gəlməyib. ABŞ başda olmaqla bəzi xarici qüvvələr bu tarixi layihəni gözdən salmaq, onun həyata keçməsini əngəlləmək üçün məqsədli şəkildə təbliğat aparırdılar. Onlar bu transmilli marşrutun, guya, iqtisadi cəhətdən səmərəsiz olduğunu iddia edirdilər. Amma Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi, həmçinin Türkiyə və Gürcüstan liderlərinin prinsipial mövqeyi, qarşılıqlı dəstəyi bütün çətinlikləri dəf etməyə və bu layihəni reallığa çevirməyə imkan yaratdı. Geriyə boylanaraq onu da oxucuların nəzərinə çatdıraq ki, Bakı–Tbilisi–Qars dəmir yolunun təntənəli açılış mərasimində İlham Əliyev logistika-nəqliyyat təşəbbüslərindən danışaraq artıq reallaşan layihənin Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevriləcəyini vurğulamışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BTQ dəmir yolunu üç ölkəni bir-birinə möhkəm bağlayan “Dəmir İpək yolu” adlandıraraq, onun bir tərəfdən Mərkəzi Asiya və Çini, digər tərəfdən Avropanı Qafqazda qovuşduracağını bəyan etmişdi. BTQ-nin regional əməkdaşlığa ciddi töhfə verəcəyinə əminliyini bildirən Türkiyə lideri Bakı–Tbilisi–Ceyhan neft kəmərini birinci, Bakı–Tbilisi–Ərzurum qaz layihəsini ikinci, Bakı–Tbilisi–Qars dəmir yolu marşrutunu isə bu istiqamətdə atılan üçüncü vacib addım kimi qiymətləndirmişdi. R.T.Ərdoğanın səkkiz il bundan əvvəl dediyi bu tarixi sözləri də yadımızdadır: “Bu həmrəylik sadəcə regional əməkdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bu dəmir yolu üzərindəki hər bir stansiya bir sülh stansiyası, dostluq və həmrəylik stansiyası olaraq dünyaya mesajını verir”. 

* * *

“Dəmir İpək yolu” layihəsinin gerçəkləşməsindən sonra dünya Bakıdan yeni təşəbbüslər və yeni mesajlar aldı. Bölgədə söz və güc sahibinə çevrilmiş Azərbaycanın əməkdaşlığa və təhlükəsizliyə doğru atdığı addımların qarşısını almaq mümkün olmadı. Bu məqamda artıq Ağ evlə vidalaşmış Bayden Administasiyasının Bakıya məlum təzyiqləri Zəngəzur dəhlizinin İrandan keçməsinə qarşı çıxması ilə göstərdiyini də qeyd etməliyik. 

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin icrası zamanı ölkəmizin üzləşdiyi çətinliklərdən danışdı. Dövlətimizin başçısı ötən müddətdə Şərq–Qərb Dəhlizinin əsas alternativi olan BTQ dəmir yolu marşrutunun Azərbaycan ərazisindən yükdaşımaların həcminin xeyli artmasında mühüm rol oynadığını diqqətə çatdırdı: “Gürcüstanın Poti və Batumi limanlarına alternativ kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Aralıq dənizindəki limanlara və Avropa bazarlarına fasiləsiz çıxışı təmin edib, Şərq-Qərb dəhlizi boyunca əlaqəni daha da yaxşılaşdırıb”.

Çıxışında bu layihənin Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edildiyini vurğulayan İlham Əliyev prosesin gedişində böyük müqavimətlə üzləşdiyini də xatırlatdı: “Onu indi mən deyə bilərəm. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. O cümlədən mən şəxsən ABŞ-ın yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar bizə maneə törətməməlidirlər. Bu, bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı–Tbilisi–Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı–Tbilisi–Qars dəmir yolu tikilməsəydi, bütün bunlar mümkünsüz olardı”. 

* * *

İndi geriyə dönüb baxanda Azərbaycanın əldə etdiyi uğurların hansı maneələri aşmaqla, hansı qüvvələrlə mübarizə aparmaqla başa gəlməsinin miqyası aydın görünməkdədir. Nəqliyyat müşavirəsindəkı çıxışında cənab Prezident BTQ layihəsi, onun perspektivi ilə bağlı bunları qeyd etdi: “Biz nəinki Bakı–Tbilisi–Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdik, hətta o vaxt Gürcüstan dövlətinə bir milyard dollara yaxın çox aşağı faizlə kredit də verdik və faktiki olaraq, bu vəsait hesabına Gürcüstan ərazisində işlər görüldü. Azərbaycan ərazisində dəmir yolu müasirləşdirildi və Türkiyə də öz ərazisindəki hissəni inşa etmişdi. Beləliklə, yeni bir yol açıldı, hansı ki, bu gün müxtəlif ölkələrin yüklərini Ağ dəniz istiqamətinə, Avropaya, Türkiyəyə daşıyır. Sonra gördük ki, bu yolun aşırma qabiliyyəti yetərli deyil. Yenə də Azərbaycan vəsaiti hesabına keçən il bu yolun genişləndirilməsi tamamlandı və onun daşıma qabiliyyəti 5 milyon tona çatdırılmışdır.” 

Prezident İlham Əliyevin anti–Azərbaycançı qüvvələrə, bu gün də bizi süni çətinliklərlə üz-üzə qoymağa çalışanlara ünvanladığı bu mesajı isə altından xətt çəkərək oxucuların diqqətinə çatdırırıq: “Hesab edirəm ki, bu, bizim coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaq. Vaxtilə Amerika Dövlət Departamentinin o məmurları bizə qarşı çıxırdılar, – mən bilmirəm onlar indi haradadırlar, onların adları da tarixdə qalmayıb, – amma biz ciddi iradə göstərərək buna nail olduq”.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq regionun digər ölkələri üçün örnəkdir. Yəni, bu əməkdaşlıq könüllü şəkildə, həm də kənar təsirlərə sinə gərərək baş tutdu. İndi sübut olunduğu kimi, bu üçtərəfli əməkdaşlıq ölkələrin və xalqların maraq və rifahına xidmət edir. Tarixi İpək Yolunun yenidən canlandırılmasında mühüm bağlantı olan BTQ-nin açılış mərasimində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri ilə yanaşı, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin, Türkmənistan və Tacikistandan nazirlərin və digər ölkələrin rəsmilərinin iştirak etməsi faktı layihənin region üçün nə dərəcədə əhəmiyyətli olmasının göstəricisi sayılmalıdır. On il bundan əvvəl bir çoxlarının inanmadığı və reallaşmasını qeyri-mümkün hesab etdiyi Bakı–Tbilisi–Qars dəmir yolu bu gün dostluq və qardaşlığın rəmzinə çevrilib. Aydın görünən mənzərə ondan ibarətdir ki, Cənubi Qafqazın geosiyasi coğrafiyasında Azərbaycan, Türkiyə və Gürcüstanın milli maraqları üst-üstə düşərək bir-birini tamamlayır. Bu üç ölkənin birgə geosiyasi və iqtisadi maraqlarının və təhlükəsizliyinin təmin edilməsində məhz Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı–Tbilisi–Qars dəmir yolu xətti xüsusi əhəmiyyətə malikdir.

Sonda bir daha qeyd edək ki, Bakı–Tbilisi–Qars dəmir yolunu Azərbaycan, Türkiyə və Gürcüstan liderlərinin bu layihəyə yönəlik kənar təzyiqləri siyasi iradə və qətiyyəti sayəsində dəf etdikləri uğur marşrutu da adlandırmaq olar. Əslində, bu qətiyyətin zəminini Cənubi Qafqaz ölkələrinin və bölgəətrafı güclərin birgə əməkdaşlığı təşkil edir. Bu transmilli nəqliyyat marşrutu müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında özünəməxsus yer tutmaqla yanaşı, həm də “3+3” formatının zamanın sınağından uğurla çıxmasının təsdiqi sayılmalıdır. 

İmran BƏDİRXANLI 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri