Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"Habertürk" kanalının Baş redaktoru Mehmet Akif ersoy başda olmaqla, bir neçə aparıcısının qrup seksi partiləri və narkotik qəbulu ittihamları ilə həbsindən sonra diqqət qardaş ölkə TV-lərinin aparıcılarının geyim və həyat tərzlərinə yönəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident Ərdoğanın lideri olduğu AK Partiya Mərkəzi İcraiyyə Komitəsinin keçmiş üzvü Mücahit Birinci isə seksual geyim tərzləri ilə efirə çıxan aparıcıları "topa tutub".
O, televiziya aparıcılarının efir geyimlərinin ictimai əxlaqla uzlaşmadığını deyib. AK Partiya funksioneri Lider Haber TV-də proqram aparıcısı olan Mine Çakmakçını nəzərdə tutaraq deyib: "Adam bilmir belələrini izləyir, yoxsa xəbərləri? Millət xəbər aparıcılarını izləyəcək, yoxsa xəbərləri dinləyəcək? Əlbəttə, kiminsə sosial və ya şəxsi həyatı, əxlaqı öz işidir, lakin efir ictimai məkandır. Bu platformalar böyük türk millətinə müraciət etdiyiniz sahələrdir. İctimai vəzifənizi yerinə yetirərkən geyiminizə də diqqət yetirməlisiniz. Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir"
Hüseyn Namazov
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 18 Dekabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















