Icma.az
close
up
RU
“Lion”un dünəni və bu günü İdman və Biz

“Lion”un dünəni və bu günü İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın bu gün qarşılaşacağı Avropa Liqası Liqa mərhələsindəki 5-ci rəqibi 74 yaşı Fransa təmsilçisi “Lion”dur.

İdman.biz rəqibimizin dünəninə və bu gününə qısa nəzər salıb.

Klub 1954-cü il avqustun 3-də yaradılıb. Hələ 60-cı illərdə Fransa kubokunda qələbələri, finalları olan klub Liqa1-in 1989-cu ildən daimi iştirakçısıdır. Komandanın çempionat uğurları 21-ci əsrdə gəlməyə başlayıb. Əsrimizin ən titullu fransız klubu elə yüzilliyin başlanğıcından – 2001-2002-ci illər mövsümündən etibarən 7 il dalbadal ölkə çempionu olub və bununla da həmin titula sahiblənməyə son qoyub.

Yeddiqat Fransa çempionu, beşqat vitse-çempion, Fransa Liqası kubokunu qazanıb, ölkə kubokunun beşqat, superkubokunun səkkizqat sahibi beynəlxalq arenada iki dəfə Çempionlar Liqasının (2010, 2020), 1 dəfə Avropa Liqasının (2017), 1 dəfə Kuboklar Kubokunun (1964) yarımfinalçısı, 1997-ci ildə isə İntertoto kubokunun qalibi olub.

Komandanın son nəzərəçarpacaq nəticəsi bu il ölkə kubokunun finalında oynamasıdır.
Liqa1-də sonuncu dəfə mükafatçılar pilləsində 2018/2019 mövsümündə üçüncülük qazanan klub ötən mövsüm çempionatı 6-cı pillədə başa vurub. Elə indi də 12 turdan sonra 19 xalla 6-cı pillədədir.

Ötən mövsümdə komandanın bombardiri 19 qolla Aleksandr Lakazett olduğu halda, həmin dövrdə cəmi 3 qol vurmuş Malik Fofana cari mövsümün 12 oyununda elə həmin sayda – 3 qolla “Lion”un ən məhsuldar oyunçusudur. Lakazett isə iştirak etdiyi 12 oyunda cəmi 1 qol vurub.

Qitədə 5 mövsümdür Çempionlar Liqasının yolunu unudan “Lion” son 2 mövsümdə ümumiyyətlə avrokuboklardan kənar qalıb.

Cari Avropa Liqasında birbaşa Liqa mərhələsinə Yunanıstan “Olimpiakos”u (2:0), Şotlandiya “Reyncers”i (4:1) üzərində qələbə ilə başlayıb. Ardından Türkiyə “Beşiktaş”ına evdə 0:1 hesabı ilə uduzan Fransa klubu son turda “Hoffenhaym”la xalı bölüb (2:2). Hazırda 7 xalla Avropa Liqası Liqa mərhələsində turnir cədvəlinin 9-cu pillədə qərarlaşan “Lion”un 8 qolundan 3-nü Lakazett, 2-sini Fofana vurub.

Göründüyü kimi əsrin əvvəlindəki gücünü artıq saxlamayan, lakin yenə də qitənin sayılan komandalarından hesab edilən “Lion” bu gün Bakıda saat 21:45-də “Qarabağ”la matça çıxacaq.

Vüqar Məmmədov
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri