Litva asiyalı miqrantlara iş vizası verməyi dayandırıb
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Litva Mərkəzi Asiya vətəndaşlarından iş və giriş sənədlərini qəbul etməyi müvəqqəti olaraq dayandırıb.
Hurriyyet.media xarici mediaya istinadla xəbər verir ki, bu barədə 22 sentyabrda ölkənin Miqrasiya Departamentinin direktoru İndre Qaspere bildirib.
Qeyd olunur ki, son illərdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan Litvaya gələn işçilərin sayı xeyli artıb. Rəsmilər yeni müraciətlərin qəbulunun müvəqqəti dayandırılmasının işə qəbul üçün çox sayda müraciətlə əlaqəli olduğunu bildirirlər.
Qaspere bildirib ki, "İşəgötürənlərin və iş axtaran əcnəbilərin gözləntiləri nəzərə alınmaqla, xarici mərkəzlər dayandırılıb və müraciətlər artıq qəbul edilmir".
Qərar əmək miqrasiyasına nəzarətin gücləndirilməsi fonunda verilib. 2026-cı ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, Litva üçüncü ölkələrdən gələn 24.706 işçi illik kvotasına çatıb. Miqrasiya Departamentinin məlumatına görə, 1 sentyabr 2026-cı il tarixinə Litvada təxminən 227.000 əcnəbinin etibarlı yaşayış icazəsi var idi. Bunlardan 80.000-i Ukrayna, 48.000-i Belarus, təxminən 13.000-i isə Rusiya və Özbəkistan vətəndaşıdır. Həmçinin 9.000-dən çox Hindistan və 7.000-dən çox Tacikistan vətəndaşı da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 25 Sentyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















