Litva Ukraynada infrastrukturun bərpası üçün layihələrə 10 milyon avro ayıracaq AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Litva Dünya Bankı vasitəsilə Ukraynada infrastrukturun bərpası layihələrinin maliyyələşdirilməsinə 10 milyon avro ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
“Dünya Bankı öz ixtisaslaşdırılmış fondları vasitəsilə Ukraynanın həyati vacib infrastrukturunun bərpası, ictimai xidmətlərin göstərilməsinin təmin edilməsi, təhsil, səhiyyə və mənzil-tikinti sektorlarının dəstəklənməsi məqsədilə 10 milyon avro ayırıb”, - məlumatda deyilir.
Bildirilib ki, hüquqi prosedurlar başa çatdıqdan sonra vəsait yaxın günlərdə köçürüləcək. Bu, Litvanın ikinci belə töhfəsidir. Beş milyon avro məbləğində birinci yardım 2022-ci ilin sonunda edilib.
Ukrayna böhranı zamanı Vilnüs Kiyevə 1,5 milyard avro məbləğində hərbi, maliyyə və humanitar yardım göndərib.
Baxış sayı:138
Bu xəbər 20 Noyabr 2024 01:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















