Litva Ukraynaya qoşun yeritməyə hazır olmadığını bildirir
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Litva hələlik öz hərbi kontingentini Ukraynaya göndərməyi müzakirə etməyə hazır deyil.
Bunu Litva prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Asta Skaysgirite yerli “Zinių” radiostansiyasının efirində deyib.
“Biz, şübhəsiz ki, [hərbi] təlimatçılarla Ukraynaya həqiqətən kömək edə bilərdik. Lakin hazırda biz hər hansı hərbi kontingentin göndərilməsindən danışmırıq”, – Litva Milli Radio və Televiziyası onun sözlərini sitat gətirir.
Skaysgiryte əlavə edib ki, sülhməramlılarını göndərməzdən əvvəl Avropa ölkələri ilk növbədə öz əsgərlərinin təhlükəsizliyini düşünməlidir.
Mövsüm
Aznews.az

Litva Ukraynaya qoşun yeritməyə hazırdır
21 Mart 2025 18:36
Avropa Ukraynaya qoşun yeritməyə hazırlaşır
23 Fevral 2025 17:00
Litva Ukraynaya qoşun göndərə bilər
28 Noyabr 2024 09:40
Altı ölkə Ukraynaya qoşun yeritməyə hazırdır SİYAHI
10 Aprel 2025 22:51
“Avropa Ukraynaya qoşun yeritməyə hazır olmalıdır” Eston nazir Yeni Çağ Media
19 Noyabr 2024 16:19

