Icma.az
close
up
RU
Əliyevə baxın! İndi yüksək səslə soruşmaq lazımdır!

Əliyevə baxın! İndi yüksək səslə soruşmaq lazımdır!

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 9-da ADA Universitetində “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) barədə çıxışı təkcə diplomatik bəyanat deyil, həm də həqiqətin, ədalətin və qardaşlığın səsinin ucalmasıdır. Türk dünyasına işıq salan liderlik nümunəsidir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

O bildirib ki, Prezident İlham Əliyev Şimali Kiprli qardaşlarının yanında olduğunu dəfələrlə bəyan edib:

“Bu sözlər təkcə diplomatik nəzakət deyil, tarixin, xalqların vicdanında əks-səda doğuran bir çağırışdır. Ancaq indi yüksək səslə soruşmaq lazımdır, təəssüf ki, bəzi türk respublikaları – adlarını çəkməkdən çəkinməyəcəyəm: Türkmənistan, Özbəkistan və Qazaxıstan – Cənubi Kiprin rum kəsimi ilə səfirlik səviyyəsində əlaqələr qurmağa başlayıblar. Üstəlik, bu addım Aİ-nin investisiya vədi ilə eyni vaxtda atılıb. Təsadüfdürmü? Mən belə düşünmürəm!”

Ş.Ayrım xatırladıb ki, Azərbaycan ŞKTC prezidentini Şuşada keçirilən sammitə dəvət edib və bayrağını dalğalandırıb:

“Bu, qardaşlığın səmimi təzahürüdür, amma həm də başqalarına örnəkdir. Ya belə şərəfli mövqedə durmaq lazımdır, ya da tarix sizi başqa cür yazar.

Şimali Kipr Türk Cümhuriyyəti illərdir beynəlxalq hüquqda diqqətdən kənarda qalan bir xalqın səsidir. BMT referendumunda “bəli” deyən kiprli türklərin və “xeyr” deyən yunanların mükafatlandırıldığı bir dünya nizamı ədaləti təmin edə bilməz. Cənab Əliyevin dediyi kimi: “Bu, ədalətlidirmi? Bu, ikili standart deyilmi?”

Şamil Ayrım

Bəli, belədir! Və biz susmayacağıq. Buradan açıq şəkildə səslənirəm: Şimali Kipr qurbanlıq deyil! Türk dünyasının şərəfidir. Bu şərəf isə susmaqla deyil, açıq dəstəklə yaşadılır. Bütün türk respublikalarına çağırışım budur: Artıq səmimi olun! Həmrəy olmaq üçün ilk növbədə ləyaqətli mövqe nümayiş etdirmək lazımdır. Bu prosesdə liderliyi ilə fərqlənən cənab İlham Əliyevə ürəkdən təşəkkür edirəm. Əsl qardaşlıq şəxsi mənafe ilə deyil, zülmə qarşı duruşda bəlli olur. Kipr türkləri yalnız deyil və yalnız qalmayacaq!”

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri