Icma.az
close
up
RU
“ARTS OLİMPİA 2025” müsabiqəsinin qeydiyyatı açıq elan olunur!

“ARTS OLİMPİA 2025” müsabiqəsinin qeydiyyatı açıq elan olunur!

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müsabiqə "Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə 3-4 may 2025-ci il tarixlərində "Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı"nda baş tutacaq. 

Müsabiqə müxtəlif yaş kateqoriyaları arasında, müxtəlif incəsənət növləri-rəqs,klassik alətlər, xalq çalğı alətləri, vokal, teatr, bədii qiraət, modelyerlik, təsviri incəsənət üzrə keçiriləcək. Sonda isə təyin olunmuş qiymətləndirmə meyarlarına müvafiq olaraq qaliblər bəlli olacaq. Münsiflər heyəti ölkəmizin dəyərli, əməkdar incəsənət xadimləri və xalq artistlərindən ibarətdir.

Müsabiqəyə qeydiyyat 8 aprel tarixində açıq elan olunub və artıq həm Bakı şəhərinin mədəniyyət, incəsənət evlərindən, musiqi məktəblərindən, həm də Yevlax, Şəki, Ağdaş kimi və sair bölgələrimizdən müraciətlər daxil olub. 

Müsabiqəmizin əsas məqsədi gənclərimizin asudə vaxtlarını səmərəli keçirmələri və öz istedadlarını ortaya çıxara bilmələridir. Düşünürük ki, dəstəyimiz gənclərimizin özlərini inkişaf etdirmələrinə, sağlam rəqabət və özünəinam hisslərinin formalaşmasına, sosiallaşmalarına öz töhfəsini verəcək. 

Qeyd etmək lazımdır ki, son qeydiyyat tarixi 29 aprel 2025-ci il saat 18.00-dır.

İştirakçılardan xahiş olunur ki, müsabiqə üçün onlara göndərilən əsasnamələrdəki şərtlərlə mütləq surətdə tanış olsunlar, daha sonra ərizə formasını düzgün qaydada dolduraraq ərizə içərisində qeyd olunmuş elektron poçt ünvanına([email protected]) göndərsinlər. 

Əgər siz də müsabiqəmizin qalibi olmaq istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin!  

Qeyd: Müsabiqənin əsasnaməsini, ərizə formasını əldə etmək, əlavə məlumat və yarana biləcək bütün suallar üçün 050-250-22-93 mobil nömrəsi ilə əlaqə yarada bilərsiniz.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see122

Premyer Liqa: “Araz Naxçıvan” “Kəpəz”i məğlub etdi

09 Dekabr 2025 19:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri