Sloveniyanın xarici işlər naziri: Azərbaycan və Ermənistan arasındakı sülhün region üçün çoxsaylı faydaları olacaq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 aprel, AZƏRTAC
Sloveniya Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında Sloveniyanın xarici işlər naziri Tanya Fayon bildirib.
“Sülh sazişi üzrə mətnin yekunlaşmasını alqışlayıram və hər iki tərəfi zəruri addımlar ataraq bu sənədi tezliklə imzalamağa çağırıram. Sülhün region üçün çoxsaylı faydaları olacaq. Bu, müxtəlif ticarət təşəbbüslərinin gerçəkləşməsinə şərait yaradacaq və həm region daxilində, həm də ondan kənarda müsbət nəticələr verəcək. Eyni zamanda, bu proses Şərqlə Qərbi birləşdirəcək mühüm kommunikasiya kanalı ola bilər,” – deyə Tanya Fayon vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 17 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















