Litvanın mədəniyyət nazirinin müavini Rusiyaya səfərinə görə istefa verib
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Litvanın yeni təyin edilmiş mədəniyyət nazirinin müavini Aleksandras Brokas 2014-cü ildən sonra Rusiyaya səfər etdiyini açıqladıqdan sonra vəzifəsindən istefa verib.
525.az xəbər verir ki, bu barədə nazir müavini müraciətində bildirib.
Brokas qeyd edib ki, son günlər ictimai məkanda onun ətrafında çoxsaylı müzakirələr və fərziyyələr yaranıb, onların bəziləri həqiqətə deyil və onun nüfuzuna zərbə vurmağa yönəlib:
"Buna görə də mən ləyaqət prinsipini qorumaq üçün istefa verirəm ki, ictimaiyyət nazirliyin şəffaf fəaliyyətindən əmin olsun”.
Siyasətçi əvvəllər 2014-cü ildən sonra film çəkilişi ilə bağlı Moskvaya bir neçə dəfə səfər etdiyini söyləyib, bundan sonra tənqidlərə məruz qalıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 07 Noyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















