Icma.az
close
up
RU
“Litvinsev özü də Olimpiada 2026 da nə baş verdiyini anlamır” Federasiyadan ə AÇIQLAMA

“Litvinsev özü də Olimpiada 2026 da nə baş verdiyini anlamır” Federasiyadan ə AÇIQLAMA

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev İtaliyada keçirilən Qış Olimpiya Oyunları-2026-da başına gələnləri özü də tam olaraq anlaya bilmir.

Bu fikirləri İdman.Biz-ə Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova V. Litvintsevin Oyunlardakı uğursuz çıxışını şərh edərkən söyləyib.

Xatırladaq ki, fiqurlu konkisürən qısa proqramda 63,63 xal toplayaraq 29 iştirakçı arasında sonuncu - 29-cu yeri tutub. Litvintsev Pekində keçirilən Olimpiada-2022-də isə 29 idmançı arasında 18-ci olmuşdu.

Federasiya rəsmisinin sözlərinə görə, hadisələrin axarı İtaliyada uğursuz çıxışı vəd etmirdi.

“Vladimirin məşqləri çox yaxşı keçirdi. Yarışdan bir qədər əvvəl qatıldığı altı dəqiqəlik isinmə də ideal alındı. Bundan əlavə, o, mövsüm boyu kifayət qədər yaxşı çıxış edib, Qran-pri mərhələlərində proqramını təmiz yerinə yetirib. Litvintsev hazır idi, hər şey qaydasında idi. Amma bu, idmandır, belə hallar olur. Fiqurlu konkisürənimiz özü də konkret olaraq nə baş verdiyini anlaya bilmir. Ola bilsin ki, bu, çox güclü həyəcandan irəli gəldi. Bütün bunlar təsir göstərdi və təəssüf ki, bu dəfə alınmadı", - deyə federasiya rəsmisi bildirib.

O, həmçinin Vladimir Litvintsevin yığmadakı gələcəyi ilə bağlı qərarın nə vaxt veriləcəyinə də aydınlıq gətirib.

“Martın sonunda Litvintsevi dünya çempionatı gözləyir. Orada o, necə deyərlər, özünü bərpa etməli və əsl səviyyəsini göstərməlidir. Hazırda bütün diqqəti dünya çempionatınadır. Həmin yarışdan sonra isə necə irəliləyəcəyimizi müəyyənləşdirəcəyik", - deyə federasiyanın baş katibi əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Fevral 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri