Livan Baş nazirindən Xamenei ilə bağlı etiraf: Məcbur edildik
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Livan İranda baş verən müharibəyə məcburən cəlb edilib”.
Turkustan.az xəbər verir ki, bunu Livan Baş naziri Nəvaf Salam deyib.
“Livan bu müharibəyə məcbur edildi. Mən, prezident və komandamızın digər üzvləri də durumun pisləşəcəyi barədə xəbərdarlıq etmişdik. Bu, yeni avantüradır. Əvvəlcə bizi Qəzzada “təcili yardım” adı altında, indi də Xamenei sui-qəsdinin qisası - İrana yardım üçün müharibəyə cəlb etdilər. Bu, ABŞ-İsrail və İran arasında baş verən müharibədir və Livanın burada birbaşa heç bir marağı yoxdur”, - baş nazir vurğulayıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana hava hücumuna başlayandan sonra Livanda fəaliyyət göstərən “Hizbullah” terror təşkilatı Tehrana dəstək məqsədilə prosesə qoşulub. İsrail ordusu bundan sonra Livanın cənubunda “Hizbullah”a qarşı müdafiə əməliyyatına başlayıb./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 23 Mart 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















