Icma.az
close
up
RU
Livandan, Suriyadan, Kanadadan, Fransadan milyoner ermənilər pul göndərirdi Şahid

Livandan, Suriyadan, Kanadadan, Fransadan milyoner ermənilər pul göndərirdi Şahid

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib.

"Unikal" xəbər verir ki, şahid qismində dindirilmiş Sahib Sarıyev ifadəsində bildirib ki, 1967-ci ildə Şuşada anadan olub. O, mütəmadi olaraq Xankəndiyə getdiyini də bildirib. Şahid təqsirləndirilən şəxsləri göstərərək deyib: “Orada oturanlardan Bako Sahakyan, Arkadi Qukasyan şəxsən tanıdıqlarım idi. Biz 1988-ci ilin sentyabrından etibarən Xankəndindəlki Malıbəyli pavliyonunda işləyirdik. Bu adamlar oranı yaxşı tanıyarlar. 1988-ci ilin sentyabrın 17-də bunlar əllərində daş, odun, dəmir parçaları ilə tökülüşdülər Malıbəyli körpüsünə. Bunların arasında o prosesdə iştirak edənlər var. Sentyabrın 17-dək orda qaldıq, sonra getdik Şuşaya. Restoranı da birdəfəlik bağladıq. Çünki bunlar imkan vermədilər. Həmin vaxt da bunlar hazırlıqlı vəziyyətdə idilər. Livandan, Suriyadan, Kanadadan, Fransadan milyoner ermənilər pul göndərirdi. Xankəndidə yaşayan Manuçarov “karyer”in direktoru, Nərimanyan ət kombinatının direktoru, Badamyan avtobazanın direktoru, Sehranyan lampa zavodunun direktoru bunaları idarə edirdi”.

Şahid çalışdığı yanacaqdoldurma məntəqəsinin qanunsuz erməni silahlı birləşmələri tərəfindən partladılmasını da danışıb. S.Sarıyev Yevlax-Laçın yolunun 112-ci kilometrində Şuşa şəhərindən Laçın şəhərinə gedən yolun sol tərəfindən yolun kənarında yerləşən yanacaqdoldurma məntəqəsində baş operator işlədiyini, həmin yanacaqdoldurma məntəqəsində İlqar Ağalarovla növbələşərək çalışdığını bildirib. Şahid bildirib ki, 1990-cı il martın 23-də saat 20 radələrində yanacaqdoldurma məntəqəsini bağlayıb Şuşa şəhərinə gedib. Növbəti gün səhər saat 07 radələrində yanacaqdoldurma məntəqəsinə gəldikdə orada polis əməkdaşlarını və yanğınsöndürənləri görüb, həmin vaxt yanacaqdoldurma məntəqəsində olan A-76 markalı içərisində 15 min rubl dəyərində benzin saxlanılan çənin yandığını, həmçinin yanacaqdoldurma məntəqəsində olan vaqonun pəncərələrinin şüşələrinin qırıldığını və vaqonda olan 95 rubl dəyərində telefon aparatının yoxa çıxdığını görüb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Aprel 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri