Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Maskın raketi suya düşərək partladı Video

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Saakaşvili: ““Transparency International” məni siyasi məhbus kimi tanıdı”

Livanın general prezidenti ABŞ ilə Səudiyyə Ərəbistanının birgə planı ŞƏRH

Livanın general prezidenti ABŞ ilə Səudiyyə Ərəbistanının birgə planı ŞƏRH

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Livan Yaxın şərqin siyasi, dini baxımdan ziddiyyətli, regional və qlobal güclərin maraqlarının toqquşduğu ölkədir.

Onun İsraillə qonşuluqda yerləşməsi, aralarında sərhədlərin müəyyən edilməməsi, “Hizbullah”ın fəaliyyəti, Qərblə İranın antaqonist maraqları və başqa məsələlər ölkədə baş verən siyasi hadisələrin cəlbediciliyinə təsir göstərir.

2022-ci ilin oktyabrından Livan prezidentsiz olub. Bu müddət ərzində Baş nazir Nəcib Mikati prezident səlahiyyətlərini icra edib.

Ötən gün parlament general Cozef Aunu (Prezident Mişel Aunla eyni soyadı daşıyır-red.) yeni dövlət başçısı seçib. O, rəqibi Marada Xristian Maronit Partiyasının lideri Süleyman Franjeyə qalib gəlib.

Qeyd edək ki, general ikinci turda seçilib. Birinci turda o, seçki üçün tələb olunan 86 səsdən (128 mandatdan) cəmi 71 səs toplayıb, ikinci turda 99 parlamentari onun namizədliyinə səs verib.

General 1964-cü il yanvarın 10-da Livanda doğulub. Cozef Aun ölkə konstitusiyasının 49-cu maddəsinə zidd olaraq bu vəzifəyə seçilib. Çünki o, Livan Silahlı Qüvvələrinin komandanıdır. Həmin maddəyə əsasən, komandan, hakimlər və birinci dərəcəli dövlət qulluqçuları bu vəzifəyə seçilə bilməz.

Cozef Aun 2017-ci il martın 8-dən Silahlı Qüvvələrin komandanıdır. O, Livan-Amerika Universitetində oxuyub. 2007-ci ildə siyasi elmlər və beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi alıb. Həmçinin Livan Ordusu Hərbi Akademiyasında hərbi elmlər üzrə bakalavr dərəcəsinə malikdir. 1983-cü ildə Livan ordusu sıralarında xidmətə başlayıb. ABŞ və Suriyada hərbi hazırlıq keçib.

General, həmçinin 2008-ci ildə ABŞ-də, 2013-cü ildə Livanda antiterror təlimi alıb. Livanda vətəndaş müharibəsində xidmət edib. Livanın şərqində İŞİD-ə qarşı mübarizədə briqadaya başçılıq edib. 2021-ci ilin martında Livanda etiraz aksiyaları zamanı çıxış edərək ölkədə iqtisadi böhrana diqqəti çəkməyə çağırıb: “Biz hara gedirik? Bizi nə gözləyir? Nə işlər planlaşdırırıq?”.

O, Livanı gözləyən təhlükələrlə bağlı da xəbərdarlıq etmişdi. İsraillə müharibə zamanı Livan Silahlı Qüvvələrinə komandanlıq edib. 2024-cü ilin noyabrında parlament onun səlahiyyət müddətini ikinci müddətə uzadıb.

Hələ 2022-ci ildə Livanın Sağ-Xristian Qüvvələrinin Lideri Samir Caaca ölkə prezidenti Mişel Auna Cozef Aunun layiqli davamçı olacağını bildirmişdi.

Yeri gəlmişkən, Samir Caaca 1975-1990-cı illərdə ölkədəki vətəndaş müharibəsində Livan güclərinə başçılıq edib. Kilsəyə və helikopterə terror hücumlarında adı hallanıb.

Qətər Cozef Auna Livan ordusuna hərbi və maliyyə yardımı edəcəyini boyun olub. ABŞ, Misir, Fransa, Səudiyyə Ərəbistanı, habelə Demokratik Blokun başçısı Valid Cumbulat onun namizədliyini dəstəkləyib. İranın dəstəklədiyi “Hizbullah” siyasi-silahlı qruplaşma isə generalın namizədliyinə qarşı iddia irəli sürməyib. Parlamentdə 15 mandatı olan “Hizbullah” və 11 yerlə “Amal” da ikinci turda onu dəstəkləyib.

Səudiyyə Ərəbistanı və Fransanı təmsil edən adları açıqlanmayan şəxslər Beyruta səfər edərək seçiciləri general Aunu dəstəkləməyə çağırıblar. Livan parlamentinin sədri, “Hizbullah”a yaxın olan Nəbih Berriyə xəbərdarlıq ediblər ki, Livana beynəlxalq yardımın perspektivi Aunun prezident seçilməsindən asılı olacaq.

“Hizbullah”a müxalif olan xristian deputat Mişel Muavad beynəlxalq ictimaiyyətdən Livana kömək etməyə hazır olduqlarına dair aydın siqnal aldıqlarını bildirib: “Bunun üçün prezident və hökumət lazımdır”.

2019-cu ildə Livanın üzləşdiyi ağır maliyyə böhranının izləri aradan qalxmayıb. Dünya Bankının məlumatına əsasən, İsrailin bu yaxınlarda etdiyi hərbi müdaxilə nəticəsində ölkəyə 8,5 milyard dollar ziyan dəyib.

İsrailin xarici işlər naziri Gideon Saar Livan Prezidenti Aunu ilk olaraq təbrik edib.

O, "X" səhifəsində bildirib ki, səsvermənin nəticəsi sabitliyin möhkəmlənməsinə, Livanın, xalqın daha yaxşı gələcəyinə və mehriban qonşuluğa töhfə verəcək.

Livan parlamentli respublikadır, mürəkkəb dinlərarası idarəetmə sisteminə malikdir. Ölkə konstitusiyasına əsasən, prezident maronit xristian, baş nazir sünni, parlament sədri isə şiə təriqətinin nümayəndəsi olur.

Parlament birbaşa səsvermə yolu ilə dörd il müddətinə seçilir. Məclis 64 müsəlman (27 sünni, 27 şiə, 8 druz və 2 ələvi) və 64 xristiandan (34 maronit, 14 ortodoks, 8 yunan katolik, 5 erməni qriqorian, 1 erməni katolik, 1 protestant və digər mülahizə edilən 1 xristian) ibarətdir. Parlament prezidenti seçir, hökumətin tərkibini təsdiq edir. Onun fəaliyyətinə nəzarət edir, prezident tərəfindən ratifikasiya olunana qədər ən mühüm beynəlxalq müqavilə və sazişlərə baxır, Ali Məhkəmənin üzvlərini seçir, qanunları və respublikanın dövlət büdcəsini təsdiq edir.

Prezident elə geniş səlahiyyətlərə malik deyil. Bununla belə, onun razılığı olmadan Nazirlər Kabinetinin üzvləri təyin oluna və vəzifədən azad edilə bilməz.

Livanda hakimiyyətin formalaşması İsraillə münasibətlərin də normallaşacağına ümidləri artırır. Bəşşar Əsəd rejimi Suriyada süquta uğradıqdan, “Hizbullah” və HƏMAS zəiflədikdən sonra regionda əməkdaşlıq etmək üçün də yeni siyasi şəraitin yaranacağı istisna edilmir.

Ömür yolundan da göründüyü kimi, Cozef Aun səlahiyyətləri geniş olmasa da, ölkədə nüfuz sahibidir. Onun orduda, siyasi dairələrdə, beynəlxalq ictimaiyyət arasında nüfuzu Livanın problemlərinin həllinə yardım edə bilər.

Bu istiqamətdə Livana İranın təsirinin azalması əsas məsələlərdəndir. Belə bir vəziyyətdə 2024-cü il noyabrın 26-da İsraillə Livan arasında elan edilən atəşkəs şərtlərinin də icra olunacağı gözlənilir.

14 bəndlik şərtə əsasən, “Hizbullah” və ya istənilən başqa silahlı hərəkat İsrailə qarşı heç bir hücum hərəkəti etməyəcək, İsrail Livandakı hədəflərə, o cümlədən quruda, havada və dənizdə heç bir hərbi əməliyyat keçirməyəcək, İsrail və Livan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin əhəmiyyətini tanıyır, Livan Ordusu və Livan Təhlükəsizlik Qüvvələri ölkənin cənubunda fəaliyyət göstərməyə icazə verilən yeganə silahlı qruplar olacaq, Livanın cənubundakı kəndlərlə münaqişə xəttindəki yaşayış məntəqələri arasında bufer zona yaradılmayacaq, İsrail və Livan arasında tanınmış torpaq əldə etmək üçün ABŞ dolayı danışıqlara yardım edəcək və s.

Ehtimal etmək olar ki, bu şərtlər daxilində perspektivdə İsraillə Livan arasında mübahisəli sərhəd məsələləri də danışıqlar yolu ilə öz həllini tapa bilər.

Prezident seçkisinin nəticəsinə əsasən, onu da ehtimal etmək olar ki, Livandakı hakimiyyət (prezident və hökumət) ABŞ-Səudiyyə Ərəbistanı yönlüdür. Başqa sözlə, bu ölkə ABŞ-nin regionda başlıca müttəfiqlərindən sayılan krallığın nəzarəti altında olacaq.

İran Suriyadan çıxarıldığı kimi, Livandan da uzaqlaşdırılır. İslam Respublikasından maliyyə, hərbi və başqa yardımların verilməsi dayandırılacağı halda “Hizbullah” əvvəlki gücdə və nüfuzda olmayacaq. Belə qənaətə gəlmək olar ki, o, fəaliyyətini Livan hakimiyyətinin, siyasi təşkilatların yardımları əsasında davam etdirə bilər. Ən əsas məsələ isə onun tərk-silah ediləcəyidir. Bu şəraitdə isə İran hakimiyyətinin ölkəyə təsiretmə imkanı azalaraq sıfıra enə bilər.

Qərb regionda İran hakimiyyətini sıxışdırır. O, Suriyadan uzaqlaşdırılıb, Livanda və Fələstində (Qəzza zolağında) zəiflədilir. Perspektivdə onun daha da zəifləyəcəyi istisna edilmir.

Odur ki, Livanda Cozef Aunun prezident seçilməsi regionda qərbyönlü hakimiyyətin formalaşması deməkdir. Bu, ölkədə toqquşan maraqların və ziddiyyətlərin həlli üçün də yeni fürsət sayıla bilər.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

Saakaşvili: ““Transparency International” məni siyasi məhbus kimi tanıdı”

27 Sentyabr 2026 22:25see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri