Icma.az
close
up
RU
Liverpul dan növbəti fiasko və növbəti antirekordlar

Liverpul dan növbəti fiasko və növbəti antirekordlar

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

''Liverpul'' öz nəticələri ilə nəinki fanatlarını, eləcə də bütün futbol dünyasını şoka salmaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, son çempion statusunda olan komanda bu dəfə doğma divarlar arasında tura düşmə zonasında, daha doğrusu 19-cu pillədə daxil olan ''Nottingem Forest'' önündə rüsvay oldu. Bu oyuna qədər səfərdə qələbəsi olmayan Nottingem klubu ''Enfild Roud''da ağızları açıq buraxan bir performans sərgiləyərək 3 cavabsız qolla qalib gəldi! Ən maraqlısı budu ki, ''Liverpul'' çempion olduğu ötən mövsümdə də bu rəqibə evdə qol vurmadan uduzmuşdu (0:1).
''Nottingem Forest''in ''Liverpul''u səfərdə darmadağın etməsi faktı isə sonuncu dəfə 1908-ci ildə qeydə alınmışdı (5:1). Arne Slotun komandasının bəzi statistik göstəriciləri çox bərbad səviyyəyə çatıb. 12 turdan sonra 11-ci pilləyə geriləyən mersisaydlıların aktivində cəmi 18 xal var (6 qələbə, 6 məğlubiyyət). Bu, 2016-dan bu yana son çempion statusunda olan komandalar üçün ən bərbad başlanğıcdı.
9 il öncə bu statusda olarkən ''Lester'' 12 tura 12 xal toplamışdı. Daha bir heyrət doğuran məqam odu ki, ''qırmızılar'' son 55 ildə ilk dəfə çempionatda ardıcıl iki turda böyükhesablı məğlubiyyətə düçar oldular. Ötən tur komanda səfərdə ''Mançester Siti''yə də 3 cavabsız qolla uduzmuşdu. 1965-ci ildə ''Liverpul'' Bill Şenklinin başçılığı altında bu cür aqibətlə üzləşmişdi. Ümumiyyətlə, premyer-liqa yaranandan, yəni 1992-dən bu yana ''Liverpul'' 4-cü dəfə evdə 3 top fərqilə uduzaraq antirekordunu təkrarladı. Komanda daha öncə 2005-də ''Çelsi''yə (1:4), 2015-də ''Vest Hem''ə (0:3) və 2021-də ''Mançester Siti''yə (1:4) evdə 3 top fərqi ilə uduzmuşdu. Aleksander İsaka isə bu gedişlə ''heykəl qoyulacaq''.
Yayda premyer-liqa üçün rekord məbləğə - 125 milyon funt sterlinqə transfer edilən isveçli forvard yeni klubunda 5-ci premyer-liqa oyununda da qol vura bilmədi. Ən əsası o, ''Liverpul''un start heyətində meydana çıxdığı 4 premyer-liqa matçının hamısında məğlub olub! ''Qırmızılar''ın start ''11-liy''ində meydana çıxdığı ilk 4 çempionat matçının hamısında məğlub olan sonuncu futbolçu 1906-cı (!) ildə Persi Sol olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Noyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri