Icma.az
close
up
RU
“Liverpul” fərqi artırdı, MS darmadağın etdi

“Liverpul” fərqi artırdı, MS darmadağın etdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Yüksək məhsuldarlıq, qeyri-adi süjetlər, gözlənilməz nəticələr – premyer-liqaya xas bu özəlliklər hesabat turu üçün də keçərli oldu. “Liverpul” “Arsenal”la xal fərqini artırdı, “Nottingem Forest” də yüksək yerlər uğrunda mübarizədən çəkilmək fikrində deyil, “Mançester Siti” tədricən özünə gəlir. Mançesterin digər təmsilçisinin isə belə nəticələr fonunda avrokuboklardan kənarda qalması tam realdı. Elə son 6 çempionat oyununda qələbəyə həsrət qalan “Tottenhem” də onun kimi.

“Liverpul” azarkeşlərini, nəhayət, 2025-də çempionatdakı ilk qələbəsi ilə sevindirdi. Mersisaydlılar səfərdə “Brentford”a qalib gəldi. Londondakı qarşılaşma Slotun komandası üçün çətin keçdi. “Brentford” cari mövsümdə “doğma divarlar” arasında ən yaxşı oynayan komandalardandı. Odu ki, “Liverpul”un çətinliklə üzləşməsi təəccüb doğurmadı. Digər tərəfdən, lider oyunun əksər bölümündə önəmli üstünlüyə malik oldu. Qonaqlar qapıya 37 zərbə vurdu, 15 künc zərbəsi yerinə yetirdi. Sadəcə, çoxsaylı hücumların son mərhələsində dəqiq qərarlar çatışmırdı. Məsələn, Soboslai ilk yarıda topu tirə vurdu, ardından Qakpo təkbətəkdən yararlanmadı. 2-ci hissədə isə elə həmin Qakpo, həmçinin Dias, Salah və başqa oyunçular yaxşı imkanları qaçırdılar. Meydan sahibləri real təhlükə yaratmasalar da, Alisson bir neçə dəfə oyuna qoşulmalı oldu. Nəhayət, uzatma dəqiqələrində “Liverpul” rəqibin müqavimətini qırdı. Daha doğrusu, Slotun əvəzetməsi işə yaradı. 65-ci dəqiqədə meydana çıxan Nunyes dubl etməklə oyunun qəhrəmanına çevrildi. Lider böyük çətinliklə, ancaq haqq etdiyi qələbəni qazandı. “Liverpul” ən yaxın izləyicisini 6 xal qabaqlayır. Hələ ehtiyatda bir oyunu da var.
Təbii ki, xal fərqinin belə olmasında “Arsenal”ın qeyri-sabit oyununun rolu böyükdü. “Topçular” evdə “Aston Villa”nı məğlub edə bilmədi. Baxmayaraq ki, oyun əsasın Artetanın komandasının ssenarisi əsasında davam etdi. Meydan sahibləri ilk dəqiqələrdən böyük oyun və ərazi üstünlüyünə yiyələndi. Birmingemilər isə əsasən əks-hücumlarla kifayətlənirdilər. “Arsenal” ilk yarının ortalarında oyunu axarına uyğun olan qolu vurdu. 2-ci hissənin əvvəlində isə Haverts fərqi artırdı. Ancaq Artetanın komandası bundan sonra gözlənilmədən konsentrasiyanı itirdi. Rəqib isə bundan ustalıqla yararlandı. Saatın tamamında Tilemans fərqi minimuma endirdi. Ardından belçikalı topu dirəyə vurdu. Əvəzində Uotkins 68-ci dəqiqədə hesabı bərabərləşdirdi. Belədə “Arsenal” hər şeyə yenidən başlamalı oldu. Gözlənildiyi kimi, sonluq meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Hətta final fiti ərəfəsində Haverts növbəti dəfə rəqib qapısına yol tapdı, ancaq əllə oyuna görə qol sayılmadı. Təbii ki, Arteta və oyunçuları bəxtsizlikdən şikayətlənə bilər. Ancaq çempionluq uğrunda mübarizə aparan komanda rəqibə hesabı belə asanlıqla bərabərləşdirmək imkanı yaratmamalıdı.
“İpsviç” – “Mançester Siti” oyununda ciddi mübarizə yaşanmadı. “Şəhərlilər” heç bir əziyyət çəkmədən böyükhesablı qələbə qazandı. Darmadağının əsası ilk yarım saatın sonunda – Fodenlə Kovaçiç 3 dəqiqə intervalla iki qol vuranda qoyuldu. Foden fasilə ərəfəsində 3-cü topu rəqib qapısından keçirəndə artıq oyunun taleyi bəlli oldu. 2-ci hissə də MS-nin aşkar üstünlüyü şəraitində keçdi. Hissənin əvvəlində Dokyu fərqi artırdı, saatın tamamında isə Holann da səhnəyə çıxdı. Bundan sonra Qvardiola gənclərə özünü göstərmək imkanı yaratdı. Və Makeyti bu imkandan necə lazımdı yararlandı. “Siti” yavaş-yavaş ənənəvi oyununu və nəticələri göstərməyə başlayır. Ancaq Qvardiolanın komandasını irəlidə daha ciddi sınaqlar gözləyir.
“Mançester Yunayted”in “həyana dönməsi” ilə bağlı heç bir əlamət yoxdu. Amorimin komandası hesabat turunda növbəti məğlubiyyətlə barışdı. “Brayton” daha mütəşəkkil oyun göstərdi və qol vəziyyətlərinə həssas yanaşdı. Uzun müddət meydanda bərabər mübarizə getdi. Hərçənd “Brayton” artıq 5-ci dəqiqədə irəli çıxdı. MY hissənin ortalarında bərabərliyi təmin etdi. Ancaq favorit qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdi. 2-ci hissədə də belə vəziyyətlərin sayı çox olmadı. Belədə imkanlardan yararlanmaq bacarığı və fərdi səhvlər ön plana çıxdı. Mankunianlar daha çox səhvə yol verdi, bu üzdən “qağayılar”ın saatın tamamında hesabda irəli çıxması təəccüb doğurmadı. 76-cı dəqiqədə isə Onananın kobud səhvindən sonra daha bir qol vuruldu. “Brayton” asanlıqla oyunu qələbəyə daşıdı, MY növbəti dəfə azarkeşlərini məyus etdi.
“Tottenhem”in dərdinə çarə tapılmır. “Everton” Devid Moyesin dönüşündən sonra ilk qələbəsini məhz “mahmızlar” üzərində qazandı. Liverpul klubu ilk yarıda üç qol vurdu. 2-ci hissədə ayılan “Tottenhem”in gücü yalnız fərqi minimuma endirməyə çatdı. Maraqlıdı ki, “Nottingem Forest” – “Sauthempton” oyununda da eyni ssenari təkrarlandı. Burda da meydan sahibləri ilk yarıda 3 qol vurdu, qonaqlar fasilədən sonra qollardan ikisinin əvəzini çıxdı. Yeri gəlmişkən, “meşəçilər” premyer-liqadakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırdı.
Turun qalan oyunlarına gəlincə, “Bornmut” “Nyukasl”ın bütün turnirləri əhatə edən 9 oyunluq qələbə seriyasına son qoydu. Bu oyunun qəhrəmanı Klyuvert “Bornmut”un tarixinə bir mövsümdə iki dəfə het-trik edən ilk futbolçu kimi düşdü. Xatırladaq ki, niderlandlı hücumçu
13-cü turun “Vulverhempton”la səfər oyununda (4:2) da 3 qol vurmuşdu. Özü də hamısını penaltidən!
“Lester” – “Fulhem”, “Vest Hem” – “Kristal Pelas” oyunlarında eyni hesab qeydə alındı. Hər iki oyunda qonaqlar iki cavabsız qolla qalib gəldi. Turun son oyununda isə “Çelsi” “Vulverhempton” üzərində inamlı qələbə qazandı.
22-ci tur
Brentford – Liverpul 0:2
Nunyes, 90+1; 90+3. (17215)
Liverpul: Alisson, Aleksander-Arnold, Konate, Van Diyk, Simikas (Robertson, 65), Qravenberx, Makallister (Cons, 80), Salah, Soboslai (Elliott, 80), Qakpo (Kyeza, 87), Dias (Nunyes, 65).
Arsenal – Aston Villa 2:2
Martinelli, 35. Haverts, 55 – Tilemans, 60. Uotkins, 68. (60067)
Arsenal: Rayya, Parti, Timber, Qabriel, Lüis-Skelli, Edeqor, Rays, Merino, Martinelli (Sterlinq, 82), Haverts, Trossar.
İpsviç – Mançester Siti 0:6
Foden, 27; 42. Kovaçiç, 30. Dokyu, 49. Holann, 57. Makeyti, 69. (29841)
MS: Ederson, Akanci (O”Rayli, 72), Diaş, Qvardiol, Kovaçiç (Lüis, 72), Gündoğan, Foden (Qriliş, 63), De Bruyne (Makeyti, 63), Nunyeş, Dokyu, Holann (Mubama, 63).
Mançester Yunayted – Brayton 1:3
Fernandeş, 23-p. – Mintex, 5. Mitoma, 60. Rütter, 76. (73758)
MY: Onana, Yoro, Maquayr, De Liqt, Mazraui (Antoni, 84), Uqarte (Kollyer, 64), Maynu (Qarnaço, 64), Dalot, Dyallo, Fernandeş, Zirkzee (Heylunn, 84).
Everton – Tottenhem 3:2
Kalvert-Lüin, 13. Ndiay, 30. Qrey, 45+7-öz qapısına – Kulusevski, 77. Rişarlison, 90+2. (39326)
Tottenhem: Kinski, Qrey, Drequşin (Rişarlison, 46), Devis, Porro, Berqvall, Sarr (Mur, 73), Spens, Kulusevski, Son Hın Min, Meddison.
Nottingem Forest – Sauthempton 3:2
Anderson, 11. Hadson-Odoi, 28. Vud, 41 – Bednarek, 60. Onuaçu, 90+2. (30180)
Nyukasl – Bornmut 1:4
Gimaraynş, 25 – Klyuvert, 6; 44; 90+2. Kerkez, 90+6. (52227)
Lester – Fulhem 0:2
Smit-Rou, 48. Traore, 68. (31500)
Vest Hem – Kristal Pelas 0:2
Mateta, 48; 89-p. (62325)
Çelsi – Vulverhempton 3:1
Adarabioyo, 24. Kukurelya, 60. Madueke, 66 – Doherti, 45+5.
1. Liverpul 21 15 5 1 50-20 50
2. Arsenal 22 12 8 2 43-21 44
3. Nottingem F. 22 13 5 4 33-22 44
4. Çelsi 22 11 7 4 44-27 40
5. Mançester S. 22 11 5 6 44-29 38
6. Nyukasl 22 11 5 6 38-26 38
7. Bornmut 22 10 7 5 36-26 37
8. Aston Villa 22 10 6 6 33-34 36
9. Brayton 22 8 10 4 35-30 34
10. Fulhem 22 8 9 5 34-30 33
11. Brentford 22 8 4 10 40-39 28
12. Kristal Pelas 22 6 9 7 25-28 27
13. Mançester Y. 22 7 5 10 27-32 26
14. Vest Hem 22 7 5 10 27-43 26
15. Tottenhem 22 7 3 12 45-35 24
16. Everton 21 4 8 9 18-28 20
17. Vulverhempton 22 4 4 14 32-51 16
18. İpsviç 22 3 7 12 20-43 16
19. Lester 22 3 5 14 23-48 14
20. Sauthempton 22 1 3 18 15-50 6
Bombardirlər: Salah (Liverpul) - 18, Holann (MS) – 17, İsak (Nyukasl) - 15, Palmer (Çelsi), Vud (Nottingem Forest) – 14.
Növbəti turun oyunları yanvarın 25-26-da keçiriləcək: Bornmut – Nottingem Forest, Brayton – Everton, Liverpul – İpsviç, Sauthempton – Nyukasl, Vulverhempton – Arsenal, Mançester Siti – Çelsi, Kristal Pelas – Brentford, Tottenhem – Lester, Aston Villa – Vest Hem, Fulhem – Mançester Yunayted.
Turun rəqəmi
37 – “Liverpul” “Brentford”un qapısına bu qədər zərbə vurmaqla öz rekordunu yenilədi. “Opta”nın müvafiq statistikanı apardığı 2003/04 mövsümündən bəri “qırmızılar” heç bir oyunda bu qədər çox zərbə vurmamışdı. Maraqlıdı ki, 37 zərbədən yalnız son ikisi qolla nəticələndi.
Turun ulduzu
Castin Klyuvert (Bornmut) – cari mövsümdəki ilk het-trikində bütün qolları penaltidən vurmuşdusa, bu dəfə ancaq oyun vəziyyətindən fərqləndi. “Ayaks”da nail olduğu məhsuldarlıq rekordunu təkrarlayan gənc hücumçu komandasının uğurlarının əsas səbəbkarıdı. “Bornmut” bu mövsümün sonunda avrokuboklara vəsiqə qazanarsa, ona minnətdar olmalıdı.
Turun sitatı
Ruben Amorim, MY-nin baş məşqçisi:

“Bəlkə də MY tarixinin ən pis komandasıyıq. Bilirəm ki, siz jurnalistlərə cəlbedici sərlövhələr lazımdı - ancaq bunu deməliyəm. Etiraf etməli və dəyişməliyik. Buyurun, bu da sizə sərlövhə”.


Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Komanda ilə qeyri-adi dərəcədə qürur duyuram. Möhtəşəm oyun idi. Altı gün ərzində üç oyun keçirdik, əvəzetmə imkanım yox idi – necə qürur duymaya bilərəm?! Əlbəttə, nəticəyə görə çox məyusam. Aydındı ki, belə müdafiəyə görə özümüzü günahlandıra bilərik. Bu ölkədə ən yüksək səviyyədə olmaq istəyiriksə, belə səhvlər oyunumuzun bir hissəsi olmamalıdı. Ancaq rəqibin gücünü də nəzərə almalıyıq”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:

"Həqiqətən də hər şey yaxşı oldu. Biz aqressiv idik, topla sürətli hərəkət edirdik, müdrik qərarlar verirdik. Son vaxtlar oyunçularımızın çatışmaması haqda çox danışmışıq. Diaşın komandada olması çox vacibdi. Foden də eləcə. Ümid edirəm ki, bütün oyunçular qayıdandan sonra vəziyyətimiz daha yaxşı olacaq”.


Faktlar
* MS “İpsviç”i darmadağın etdi. Beləcə komanda Qvardiola dönəmində 13-cü dəfə çempionat oyununda 6 və daha artıq qol vurdu. İspaniyalı mütəxəssis bu göstəricidə “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerə çatdı. Yalnız MY ilə 14 belə qələbə qazanan ser Aleks Ferqyuson onlardan öndədi.
* “Brayton” premyer-liqa çərçivəsində son 8 oyunun 6-da MY-yə qalib gəlib. “Qırmızı şeytanlar” yalnız 2022 və 2024-də qələbəyə sevinib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Yanvar 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see378

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see348

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see329

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see248

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see241

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see233

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see218

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see181

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see165

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see160

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see159

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see156

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see154

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see154

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see148

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri