Liverpul geri addım atdı
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Liverpul" azarkeşlərin etirazından sonra geri addım atıb.
QOL.az xəbər verir ki, klub "Enfild"də növbəti üç mövsüm üçün nəzərdə tutulan qiymət artımından imtina etdiyini açıqlayıb.
Qeyd edək ki, "Liverpul" mart ayında gələn mövsüm biletlərin 3 faiz bahalaşacağını, sonrakı iki ildə isə artımın inflyasiyaya uyğun davam edəcəyini bildirmişdi. Bu qərar azarkeşlər tərəfindən ciddi narazılıqla qarşılanıb və "Fulhem"lə "Kristal Pelas"a qarşı oyunlarda etiraz aksiyaları keçirilib.
Klub rəhbərliyi növbəti mövsüm üçün 3 faizlik artımın qüvvədə qalacağını, lakin sonrakı mövsümdə qiymətlərin artırılmayacağını açıqlayıb. Bildirilir ki, rəhbərlik və Azarkeşlər Şurası gələcəkdə qiymət artımının qarşısını almaq üçün yeni gəlir mənbələri üzərində birgə çalışacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 07 May 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















