Icma.az
close
up
RU
“Liverpul” və “Çelsi” derbidə qələbə qazandı

“Liverpul” və “Çelsi” derbidə qələbə qazandı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Premyer-liqada keçirilən oyunların icmalını təqdim etmişdik. Bu dəfə sonrakı günlərdə keçirilən oyunlar haqda danışacağıq.

"Football-plus.az" xəbər verir ki, “Liverpul” çempionluğa doğru daha bir addım atdı. “Qırmızılar” Çempionlar Liqasında mübarizəni dayandrandan və Liqa kubokunun finalında uduzandan sonra, nəhayət, azarkeşlərinə müsbət emosiyalar bəxş edə bildi. Həm də derbidə! “Everton” ilk dövrədəki oyunda “Liverpul”a “badalaq vura” bilmişdi. Elə bu oyunun ilk yarısından sonra da “göylər”in xal qazana biləcəyini düşünmək olardı.
“Liverpul” fasiləyə qədər bir neçə maraqlı hücum qursa da, rəqibin müdafiəsi bunların öhdəsindən gəlirdi. Devid Moyesin komandası əks-hücumlara da yaxşı çıxırdı. Beto iki dəfə “qırmızılar”ı cəzalandırmağa yaxın oldu. Ancaq afrikalı hücumçunun vurduğu qol ofsayd üzündən sayılmadı, daha bir zərbəsi isə dirəkdən döndü. 2-ci hissədə “Liverpul” bir qədər də fəallaşdı. Nominal meydan sahiblərinin hücumları 57-ci dəqiqədə bəhrə verdi. İki müdafiəçini işsiz qoyan Jota qapıçını əks hərəkətdə tutdu. “Qırmızılar” qoldan sonra tempi bir qədər aşağı salsalar da, yenə də oyunun axarına nəzarət edirdilər. “Everton”un oyunçularında isə yorğunluq hiss olunurdu. Moyesin əvəzetmələri də oyunu gücləndirmədi. Əslində “Liverpul”un da real qol vəziyyətləri yox idi. Uzaqbaşı Dias fərqlənə bilərdi ki, onun da zərbəsinin qarşısını Tarkovski aldı. Nəticədə bir qol “Liverpul”un derbidə qələbə qazanması üçün bəs etdi. “Qırmızılar” “Arsenal”la xal fərqini yenidən 12-yə çatdırdı. “Everton” isə yanvarın ortalarından bəri ilk dəfə uduzdu.
“Mançester Siti” bəlkə də cari mövsümdəki ən asan qələbəsini qazandı. “Lester”in varlığı ilə yoxluğu bilinmədi. Oyunboyu topa sahib olan “şəhərlilər” meydanın rəqibə aid hissəsində “lövbər salmışdı”. “Tülkülər”, sadəcə, onların yanında qaçır, ötürmələrini izləyirdilər. İlk yarıda onların yalnız bir ağıllı hücumu oldu. Bir də sona yaxın bir qədər fəallaşdılar. Görünür, “Siti”nin oyunçuları artıq topa nəzarət etməkdən bezmişdilər. Qələbə isə artıq ilk yarıda təmin olundu. 2-ci dəqiqədə Qriliş hesabı açdı (bu onun cari mövsümdəki ilk qolu idi), yarım saatın tamamında isə Marmuş “Lester”in qapıçısı Hermansenin kobud səhvindən yararlandı. “Siti”nin hədsiz çox təhlükəli vəziyyət yaratdığını demək olmaz, sadəcə, topu rəqibə vermədilər ki, bu da uğuru şərtləndirdi.
Turun maraqla gözlənilən oyunlarından biri də London derbisi idi. Cari mövsümü boşa verən “Tottenhem” ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “Çelsi”yə əngəl ola bilmədi. “Zadəganlar” daha maraqlı oyun göstərdi – oyunun əvvəlində qapı çatı “mahmızlar”ı xilas etdi, komandalar fasiləyə yollanmağa hazırlaşarkən Vikario Sançonun zərbəsini pişik sıçrayışı ilə qaytardı. “Çelsi”nin təzyiqi 50-ci dəqiqədə qolla nəticələndi. İtaliyalı qapıçı Palmerin zərbəsindən sonra komandasını xilas etsə də, Entso məhz Koulun ötürməsindən sonra yaxın məsafədən fərqləndi. Bir qədər sonra “Çelsi” standart vəziyyətdən daha bir qol vurdu, ancaq Kaysedonun qolu həmin hücumda iştirak edən Koluill ofsaydda olduğuna görə sayılmadı. Tezliklə “mahmızlar”ın qolu da VAR-dan gələn siqnal əsasında ləğv olundu. Sarr Kaysedodan topu qaydanı pozmaqla almışdı. Oyun sona yaxınlaşdıqca “Çelsi”nin baş məşqçisi Entso Mareska və oyunçuları əsəbləşməyə başladı. Futbolçular “vaxt öldürməklə” məşğul idi. “Tottenhem” bir neçə imkanı boşa verdi. Bu qələbə “Çelsi”ni ÇL-ə vəsiqə uğrunda mübarizədə saxladı, eyni zamanda, Ange Postekoğlunun istefasını yaxınlaşdırdı. İngiltərə futbolunun nəhənglərindən biri indi 14-cü pillədə qərarlaşıb.
Turun qalan oyunlarına gəlincə, evdə “Brentford”u 2:1 hesabıyla məğlub edən “Nyukasl” azarkeşlərini sevindirdi. “Sağsağanlar” “avrokubok zonası”ndakı yerini əldən vermək istəmir. “Aston Villa” “Brayton”la səfər oyununda böyükhesablı qələbə qazandı. Elitada qalmaq uğrunda mübarizə aparan “İpsviç” də səfərdən uğurlu nəticə ilə döndü. “Traktorçular” “Bornmut”un öhdəsindən gəldi. Turdakı yeganə heç-heçə (1:1) isə “Sauthempton” - “Kristal Pelas” oyununda qeydə alındı.
30-cu tur
Liverpul – Everton 1:0

Jota, 57. (60331)
Liverpul: Kelleher, Cons, Konate, Van Diyk, Robertson, Qravenberx, Makallister, Salah (Endo, 90+3), Soboslai, Dias (Qakpo, 86), Jota (Nunyes, 75).
Çelsi – Tottenhem 1:0
Fernandes, 50.
Çelsi: Sançes, Hüsto, Koluill, Çaloba, Kukurelya, Kaysedo, Fernandes (Dyusberi-Holl, 90+1), Sanço (Madueke, 68), Palmer (Adarabioyo, 90+1), Neto, Cekson (Ceyms, 83).
Tottenhem: Vikario, Spens, Romero, Van de Ven (Porro, 88), Udoci, Berqvall (Sarr, 64), Bentankur, Meddison (Tel, 88), Odober (Conson, 64), Solanke, Son Hın Min.
Mançester Siti – Lester 2:0
Qriliş, 2. Marmuş, 29. (51983)
MS: Ederson, Nunyeş, Diaş, Qvardio (Reys, 90+2), O’Rayli, Niko, Gündoğan (Lüis, 90+1), Savinyo (Bobb, 85), Qriliş, Dokyu (Makeyti, 78), Marmuş.
Bornmut – İpsviç 1:2
Evanilson, 68 – Broudhed, 34. Delap, 60. (11192)
Brayton – Aston Villa 0:3
Reşford, 51. Asensio, 78. Malen, 90+10. (31230)
Nyukasl – Brentford 2:1
İsak, 45+2. Tonali, 74 – Mbemo, 66-p. (52021)
Sauthempton – Kristal Pelas 1:1
Onuaçu, 20 – Fransa, 90+2. (29366)
Turun növbəti oyunları belə nəticələnib: Arsenal – Fulhem 2:1 (60256), Nottingem Forest – Mançester Yunayted 1:0 (30249), Vulverhempton – Vest Hem 1:0 (30537).
1. Liverpul 30 22 7 1 70-27 73
2. Arsenal 30 17 10 3 55-25 61
3. Nottingem F. 30 17 6 7 50-35 57
4. Çelsi 30 15 7 8 54-37 52
5. Mançester S. 30 15 6 9 57-40 51
6. Nyukasl 29 15 5 9 49-39 50
7. Aston Villa 30 13 9 8 44-45 48
8. Brayton 30 12 11 7 48-45 47
9. Fulhem 30 12 9 9 44-40 45
10. Bornmut 30 12 8 10 49-38 44
11. Brentford 30 12 5 13 51-47 41
12. Kristal Pelas 29 10 10 9 37-34 40
13. Mançester Y. 30 10 7 13 37-41 37
14. Tottenhem 30 10 4 16 55-44 34
15. Everton 30 7 13 10 32-37 34
16. Vest Hem 30 9 7 14 33-50 34
17. Vulverhempton 30 8 5 17 41-58 29
18. İpsviç 30 4 8 18 30-63 20
19. Lester 30 4 5 21 25-67 17
20. Sauthempton 30 2 4 24 22-71 10
Bombardirlər: Salah (Liverpul) - 27, Holann (MS) - 21, İsak (Nyukasl) – 20, Vud (Nottingem Forest) - 18, Mbemo (Brentford) – 16.
Turun rəqəmi
100 – “Liverpul” bütün turnirlərdə “Everton” üzərində qazandığı qələbələrin sayını bu həddə çatdırdı. “Everton” isə Mersisayd derbisində 68 qələbə qazanıb. Bu komandalar arasındakı daha 78 oyun heç-heçə bitib. “Liverpul” İngiltərə klublarından yalnız “Aston Villa”nı “Everton”dan da çox – 103 dəfə məğlub edib.
Turun ulduzu
Murilyo (Nottingem Forest) – braziliyalı müdafiəçisi “Mançester Yunayted”lə oyunun əsas qəhrəmanlarından oldu. Düzdü, qolu Elanqa vurdu, amma Murilyo müdafiədə olduqca inamlı təsir bağışladı, dəfələrlə rəqib hücumlarının qarşısını aldı. Maquayrın zərbəsindən sonra topun boş qapıya daxil olmasına imkan verməyən də o idi.
Turun sitatı
Hari Nevill, MY-nin sabiq müdafiəçisi: “Liverpul”a heyranam. Liqa kubokundakı uğursluğa və Çempionlar Liqasında mübarizəni dayandırmasına görə bu komandanın mövsümü birmənalı keçirmədiyini demək olmaz. Yox, “Liverpul” qeyri-adi səviyyədədi”.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Everton” əsasən də oyun üslubuna görə çox-çox çətin komandadı. Bu komanda doqquz oyun idi uduzmurdu. Moyes “Everton”u həyata qaytarıb. Onlara qarşı oynamaq çətindi. Ancaq futbolçularım xarakter göstərdi. Düşünürəm ki, bu komanda ilə səfər oyunundakından daha çox qol vəziyyəti yaratdıq, nəticədə yaxşı qol vurduq və qapımızı toxunulmaz saxladıq. Gec-tez qol vuracağımızı hiss edirdim. Baxmayaraq ki, “Everton”un çox yaxşı müdafiəçiləri var”.


Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:

“Qriliş qo vurmaqla yanaşı, təhlükəli vəziyyətlər də yaratdı. Ona meydanın mərkəzində oynamaq rahatdı. Ən yaxşı keyfiyyətlərini göstərəmək üçün hərəkət azadlığı qazanır. Cekə görə sevinirəm. Futbolçu oynamaq üçün çox imkan qazanmırsa, deməli, sınaqla üzləşir. Bu gün sınağdan yaxşı çıxdı. Kubok oyununda da özünü yaxşı göstərmişdi. Deməli, mövsümün həlledici çağında komandaya kömək etməyə hazırdı”.


Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“Əsas nəticədi, ona görə ki, mövsümün sonuna yaxınlaşırıq. Top-komanda olmaq istəyiriksə, bəzən çirkin, zəhlətökən oyunla da qələbə qazanmaq lazımdı. Odu ki, bu qələbəyə görə sevinirəm. Düşünürəm ki, ümumilikdə yaxşı oynadıq, qələbəni haqq etdik. İlk yarıda qol vurmaq üçün çoxlu təhlükəli vəziyyət yaratdıq. Son 10 dəqiqədə isə komanda yetkinlik, ruh göstərdi. Bu da bizə lazımdı. Çempionlar Liqasına vəsiqə qazansaq, bu yaxşı nəticə sayılacaq. Ancaq gündən-günə yaxşı oyun göstərdiyimizi də etiraf etmək lazımdı”.


Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi:

“Oyun bizim üçün çətin keçdi. Başqa cür də gözləmirdik. Oyunda qalmaq üçün inadla mübarizə aparmaq lazım gəldi. Düşünürəm ki, bunun öhdəsindən gəldik. Çox uğursuz qol buraxdıq, məyus olduq. Bu qol bizə baha başa gəldi. Oyunun axarını dəyişmək üçün də imkanlarımız var idi. Amma sonda uğursuzluğa düçar olduq”.


Faktlar
* İsak “Nyukasl”ın tarixinə düşdü. 25 yaşlı isveçli hücumçu “sağsağanlar”ın bir mövsümdə həm ev, həm də səfər oyunlarında 10 qol vurmağı bacaran 3-cü oyunçusudu. Əvvəllər belə nəticəni yalnız Endi Koul (1993/94) və Alan Şirer (2001/02) göstərib. İsak cari mövsümdə “Nyukasl”ın heyətində bütün turnirlərdə keçirdiyi 34 oyunda 24 qol vurub, 5 məhsuldar ötürmə verib.
* "Everton"un baş məşqçisi Devid Moyes antirekorda imza atıb. Bu antirekord komandanın Mersisayd derbisində "Liverpul"a 0:1 hesabı ilə uduzması ilə reallaşıb. 61 yaşlı şotlandiyalı mütəxəssis premier-lLiqada (işlədiyi bütün klublarda) ardıcıl 20 matçda bu rəqibi məğlub edə bilməyib. O, tarixdə belə nəticə ilə yadda qalan ilk baş məşqçidi. Moyes İngiltərədə "Preston" (1998-2002), "Everton" (2002-13), "Mançester Yunayted" (2013-14), "Sanderlend" (2016-17) və "Vest Hem"də (2017-18, 2020-24) klublarını çalışdırıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1073

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see312

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see244

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see226

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see193

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see193

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see193

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see191

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see178

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see177

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see175

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see174

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see174

Əsrlərə meydan oxumuş Nur: Qədim Alban məbədi məhv olmaq üzrədir VİDEOREPORTAJ

31 May 2026 22:26see168

Qordonun yerinə Liqa 1 dən namizəd

01 İyun 2026 03:17see165

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see163

Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var FOTO

01 İyun 2026 04:42see157

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see153

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see151

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri