Icma.az
close
up
RU
“Liverpul” və “Çelsi” tituldan əlini üzdü, MS də çətinlik çəkdi

“Liverpul” və “Çelsi” tituldan əlini üzdü, MS də çətinlik çəkdi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həftəsonu İngiltərə kubokunda 1/16 final mərhələsinin oyunları keçirildi.

Nəhənglərin oyunlarının icmalına keçməmiş xatırladaq ki, “Arsenal” hələ ötən mərhələdə “Mançester Yunayted”ə uduzmaqla mübarizəni dayandırmışdı. “Liverpul” da “qırmızı şeytanlar”a qoşuldu. “Qırmızılar”ın martın 16-da ölkə kubokunun finalında “Nyukasl”la qarşılaşacağını nəzərə alsaq, çempionşipin autsayderi “Plimut”dan alınan məğlubiyyəti bəlkə də itki saymağa dəyməz. Aşağı dəstə təmsilçisi Hardinin penalti qolu ilə qalib gəldi. Əslində kiçik klubların kubokun erkən mərhələlərindəki qələbəsi İngiltərə futbolu üçün adi tendensiyadı. Elə bir qədər sonra haqqında danışacağımız “Mançester Siti” də D-3 klubu “Leyton” önündə “ağ bayraq qaldırmağa” yaxın idi. Arne Slot “Plimut”la oyunda Van Diyk, Salah və bir çox başqa liderlərini qorumaq fikrinə düşdü. “Qırmızılar”ın idman şərəfini gənclər, ehtiyatda qalanlar, bir də onlara kömək etmək üçün meydana çıxan Diasla Jota qorumalıydı.
İki ulduzun meydanda görünməsi qələbə gətirmədi. Demək olar ki, top onlara çatmırdı. “Plimut” gənclərə “yapışqan” oyun təklif etdi. Meydan sahiblərinin 52-ci dəqiqədə qazandığı penaltini Hardi qola çevirdi. Maraqlıdı ki, “Liverpul” həmin vaxta qədər rəqib qapısına yalnız bir zərbə vurmuşdu. Qoldan sonra meydanda vəziyyət tədricən Slotun komandasının xeyrinə dəyişdi. Ancaq bu da bərabərlik qolu üçün kifayət etmədi. Yalnız sonda qonaqların iki real qol imkanı oldu. Onda da əvvəlcə gənc müdafiəçi Makkonnellin zərbəsi dəqiq olmadı, ardından künc zərbəsi zamanı “Liverpul”un qapıçısı Kelleher topu düz rəqib həmkarının üstünə vurdu. “Qırmızılar” mövsümü 4 titulla bitirmək şansını itirsə də, hələ də üç cəbhədə mübarizəni davam etdirirlər.
Bildiyiniz kimi, turnirin son qalibi MY-di. “Qırmızı şeytanlar” ötənilki finalda MS-yə 2:1 hesabıyla qalib gəlmişdi. Onlar 1/8 finala qalmaqalla adladı. “Lester” üzərindəki qələbə lap sonda kobud hakim səhvi ilə müşayiət olundu. Ümumiyyətlə, bu oyun baxımlı keçmədi. Komandalar ləng hərəkət edir, təhlükəli vəziyyətlər yarada bilmirdi. Belə oyun fonunda hissənin sonunda qonaqlar hesabı açdı. “Lester”in bu qolunu məntiqsiz saymaq olmaz. MY fasilədən sonra taktiki dəyişikliklərə əl atdı. Və zamanla belə gedişlər işə yaradı. Təşəbbüsü ələ alan “Yunayted”, nəhayət, real təhlükələr yaratmağa başladı. Zirkzee 68-ci dəqiqədə hesabı bərabərləşdirə bildi.
Bununla belə, “tülkülər” uzun müddət təslim olmadı. Ta ki uzatma dəqiqələrində cərimə zərbəsi təyin olunana qədər. Düzdü, Maquayr qolu ofsayddan vurdu. Ancaq kubok oyunlarında VAR sistemi tətbiq olunmur. “Lester” taleyi ilə barışmağa məcburdu.
Mançesterin digər təmsilçisi də 2:1 hesabına sevindi. “Leyton Orient”lə səfər qarşılaşması “şəhərlilər” üçün uğursuz başladı. MS-nin yeni transferi Niko Qonsales mərkəzdə topu itirdi. “Leyton”un forvardı Donli mərkəz xəttinin yaxınlığından qapıya zərbə vurdu. Tirə dəyən top qapıçı Orteqaya toxundu və tora düşdü. Qvardiola fasilədən sonra oyunun axarına radikal müdaxilə etdi. Onun sonradan meydana buraxdığı oyunçulardan Xusanov hesabı bərabərləşdirdi, De Bruyne isə qələbə topunu vurdu.
Mançesterin iki klubu da kubok uğrunda mübarizəni davam etdirirsə, London bu imkandan məhrumdu. “Vulverhempton” və “Vest Hem” üzərindəki qələbələri “Çelsi”nin “sağalmasının” əlaməti sayanlar yanıldı. “Zadəganlar” növbəti məzmunsuz oyun keçirdi. Və oyunun əvvəlində “Brayton”un qapıçısı Verbrüggen aşkar kobud səhv üzündən topu öz qapısına salmasaydı, qonaqların hansısa hücum əməliyyatlarından danışa bilməzdik. “Brayton” tezliklə bu qolun əvəzini çıxdı.
Bundan sonra oyun daha sönük xarakter aldı. “Çelsi”nin bir təhlükəli vəziyyəti oldu, onda da Nkunku nə özü zərbə vurdu, nə də Palmerə yaxşı ötürmə verdi. Hissənin sonu toqquşmalar və zədələr ilə zəngin oldu. 2-ci hissənin əvvəlində “Brayton” irəli çıxdı. Bərabərlik qolunu vuran Rütter bu dəfə komanda yoldaşı Mitomaya assistentlik etdi. Ardından hesabı qorumaq üçün oynayan “Brayton” bunu bacardı. Mareskanın dəyişiklikləri oyunu gücləndirmədi, liderlər, xüsusən də Palmer hədsiz zəif təsir bağışladı. “Qağayılar” 1/8 finala adladı, “Çelsi”nin isə artıq bütün diqqətini çempionata yönəltməsi lazımdı.
Londonun digər nəhəngi “Tottenhem” də bu mərhələdə uğursuzluğa düçar oldu. Ciddi zədələrdən əziyyət çəkən “mahmızlar”ın “Aston Villa”nı yolundan kənarlaşdırmaq şansı onsuz da əvvəldən yüksək qiymətləndirilmirdi. Unay Emerinin komandası bu mövsüm daha yaxşı oyun sərgiləyir.
“Tottenhem”in az olan şansını Remzinin artıq 1-ci dəqiqədə vurduğu qol daha da azaltdı. Böyük üstünlüyü malik olan birmingemlilər uzun müddət 2-ci qolu vurmaqda çətinlik çəkdi. 2-ci hissənin ortalarında Rocers fərqlənməsəydi, Allah bilir bu oyun necə qurtaracaqdı. Emeridən fərqli Postekoğlunun meydana Asensio və ya Reşford səviyyəsində futbolçu buraxmaq imkanı yoxdu. “Bavariya”dan icarəyə götürülən Tel yalnız sonda qolla sözünü dedi ki, onda da artıq “qatar getmişdi”.
1/16 final
Plimut (D-2) – Liverpul 1:0
Hardi, 53-p.
Liverpul: Kelleher, Simikas, Endo, Kuansa, Qomes (Mabayya, 11/Nunyes, 58), Makkonnell, Nyoni (Doherti, 76), Dias, Elliott, Kyeza, Jota.
Mançester Yunayted – Lester 2:1
Zirkzee, 68. Maquayr, 90+3 – De Kordova-Rid, 42.
MY: Onana, Dalot, Mazraui, Maquayr, Yoro, Dorqu (Qarnaço, 46), Uqarte (Kazemiro, 90+4), Fernandeş, Dyallo, Maynu (Zirkzee, 64), Heylunn.
Leyton Orient (D-3) – Mançester Siti 1:2
Orteqa, 16-öz qapısına - Xusanov, 56. De Bruyne, 79.
MS: Orteqa, Lüis, Reys (Xusanov, 46), Diaş (Stounz, 46), O”Rayli (De Bruyne, 72), N.Qonsales (B.Silva, 22), Gündoğan, Savinyo, Makeyti (Foden, 72), Qriliş, Marmuş.
Brayton – Çelsi 2:1
Rütter, 12. Mitoma, 57 – Verbrüggen, 5-öz qapısına.
Çelsi: Sançes, Hüsto, Adarabioyo, Çaloba, Kukurelya, Kaysedo, Dyusberi-Holl (Fernandes, 58), Neto (Madueke, 74), Palmer, Sanço (Corc, 74), Nkunku.
Aston Villa – Tottenhem 2:1
Remzi, 1. Rocers, 64 – Tel, 90+1.
Tottenhem: Kinski, Porro, Danso, Qrey, Spens, Bentankur (Sarr, 73), Berqvall, Mur (Bissuma, 46), Kulusevski, Son Hın Min, Tel.
Everton – Bornmut 0:2
Semenio, 23-p. Cebbison, 43.
Birmingem (D-3) – Nyukasl 2:3
Layrd, 1. İvata, 40 – Uillok, 21; 82. Uilson, 26.
Koventri (D-2) – İpsviç 1:4
Latibyudir, 8 – Herst, 2-p. Klark, 28; 37. Filoden, 63.
Blekbern (D-2) – Vulverhempton 0:2
J.Qomes, 33. Kunya, 34.
Uiqan (D-3) – Fulhem 1:2
Smit, 50 – Muniz, 23; 55.
Sauthempton - Bernli (D-2) 0:1
Edvards, 77.
Stok Siti (D-2) - Kardiff (D-2) 3:3, p. – 2:4
Kumas, 42; 46. Beyker, 57-p. – Koulvill, 8; 68. Saleh, 19.
Lids (D-2) - Milluoll (D-2) 0:2
Əziz, 30; 55.
Preston (D-2) - Uikomb (D-3) 0:0, p. – 4:2
Donkaster (D-4) - Kristal Pelas 0:2

Munyos, 31. Devenni, 55.
Oyundan sonra
Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“İngiltərə kubokundan uzaqlaşmaq biabırçılıqdı. Buna şübhə yoxdu. Nəsə müsbət məqam axtarırıqsa, indi biz premyer-liqa ilə Konfrans Liqasına köklənə bilərik. Komandamın həmin turnirlərdə yoluna davam edə biləcəyinə inanıram”.


Ruben Amorim, MY-nin baş məşqçisi:

“Biz sona qədər qələbəyə inanmalıydıq, ancaq bu oyunun Ferqi-taymla ortaq heç bir yönü yoxdu. Düşünürəm ki, həm topla, həm də topsuz daha yaxşı çıxış etməliyik. İkinci hissədə yaxşı, sürətli oynamağa başladıq, təkbətək mübarizələri qazandıq. Hadisələrin axarını dəyişə bildik. Odu ki, bu, yaxşı nəticədi, ancaq yaxşı oyun deyil”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Həqiqətən də yaxşı oyun göstərdik. Bu, İngiltərə kubokunun necə çətin olduğunu əyani şəkildə göstərən klassik oyun idi. Rəqibin boş zonalardan istifadə edəcəyini bilirdik. “Leyton” çox təşkilatlanmış komandadı, məşqçilərin böyük iş gördüyü bilinir. Ancaq biz də çoxlu qol vəziyyəti yaratdıq. Növbəti mərhələyə adladığımıza görə məmnunam”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Heç şübhəsiz, bugünkü uğursuzluq bizə məyusluq və kədər bəxş etdi. Oyunumuzdan razı qala bilmərik - qətiyyən gözləntilərimizə uyğun deyildi. Uşaqlar son dəqiqəyə qədər mübarizə apardı, meydanda 100 dəqiqə fədakarlıq etdi, ancaq “Plumut” daha güclü oldu. Rəqibin dəqiq oyun planı var idi, mütəşəkkil təsir bağışladı, əsl fədakarlıq nümuməsi göstərdi. Penaltiyə gəlincə, heç bir sual olmamalıdı – hakimin qərarı tam doğru idi. Səhvlərimizi təhlil etməli, nəticə çıxarmalı və irəli baxmalıyıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Fevral 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri