“Liverpul” və “Mançester Yunayted” “Barselona”nın futbolçusu üçün danışıqlara başladı
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Liverpul” və “Mançester Yunayted” “Barselona”nın sol cinah müdafiəçisi Aleks Baldenin transferi üçün hərəkətə keçib. Hər iki İngiltərə klubu futbolçunun agenti Jorje Mendeşlə danışıqlar aparıb.
İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, portuqaliyalı agent klublara 23 yaşlı ispaniyalı müdafiəçinin mümkün keçidinin şərtləri barədə məlumat verib.
Mendeş Balde ilə maraqlanan klublara transferin 40 milyon avroya (80 milyon manat) başa gələ biləcəyini bildirib. Bu məbləğ həm birdəfəlik satış, həm də satınalma hüququ ilə icarə variantı üçün nəzərdə tutulur.
“Liverpul” və “Mançester Yunayted” qış transfer pəncərəsində sol cinah müdafiəsini gücləndirmək niyyətindədir. Hər iki klub Baldeni uyğun namizədlərdən biri hesab edir.
Məlumata görə, futbolçunun agenti “Yuventus”, “Milan” və “Monako” ilə də əlaqə saxlayıb. PSJ də ispaniyalı müdafiəçinin transfer imkanları ilə maraqlanıb.
“Barselona” isə qışda heyətini gücləndirmək üçün maliyyə vəsaiti əldə etməyə çalışır. Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin planlarında əsas yer tutmayan Balde satıla biləcək futbolçular sırasındadır.
Qeyd edək ki, Aleks Balde cari mövsümdə “Barselona”da əsas heyətdə yerini itirib. Onun gələcəyi ilə bağlı qərarın qış transfer pəncərəsində verilməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 18 Noyabr 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















