Liverpulun futbolçusunun Real sevgisi
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold karyerasını "Real"da davam etdirməkdə israrlıdır.
QOL.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
26 yaşlı müdafiəçi Madrid təmsilçisinə keçmək istədiyini artıq "mersisaydlılar"a bildirib.
Bu, "Liverpul"un futbolçunu müqaviləni uzatmağa razı salmağa çalışmasından sonra baş verib. Qeyd olunur ki, "Real" futbolçunu qışda almağa və ya yaya qədər gözləyərək onun azad agent keçidini reallaşdırmağa hazırdır.
Trentin "Liverpul" ilə müqaviləsi isə 2025-ci ilin yayına qədərdir.
Qeyd edək ki, bu mövsüm Aleksander-Arnold bütün turnirlərdə 22 oyun keçirib və 5 məhsuldar ötürmə verib.

Real Liverpulun ulduzlarını heyətinə qata bilər
24 Dekabr 2024 15:02
Real Liverpulun futbolçusu ilə razılığa gəlib
29 Dekabr 2024 14:26
Real Liverpulun kapitanını transfer etmək istəmədi
06 Yanvar 2025 21:28
Real Liverpulun futbolçusunu transfer edə bilər
28 Noyabr 2024 03:17
Liverpulun əfsanəsi Salaha səsləndi
26 Dekabr 2024 12:24

