Icma.az
close
up
RU
Logistika sektoruna yönəlik uzunmüddətli və sistemli siyasət

Logistika sektoruna yönəlik uzunmüddətli və sistemli siyasət

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 21-də Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Azərbaycan diplomatiyasının və iqtisadi strateji liderliyinin daha bir nümayişinə çevrildi. Cənab Prezident İlham Əliyevin çıxışı həm siyasi, həm də texnoloji müstəvidə Türk Dünyasının inteqrasiyasına təkan verəcək ciddi mesajlarla yadda qaldı.

Bu gün Orta Dəhlizin əsas dayağı Azərbaycanın nəqliyyat strategiyasıdır. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın nəqliyyat və logistika sektoruna yönəlik uzunmüddətli və sistemli siyasətini ətraflı şəkildə təqdim etdi. Azərbaycan bu gün açıq dənizə çıxışı olmayan ölkə olsa da, Avrasiya məkanında mühüm tranzit mərkəzlərindən birinə çevrilib. Dövlət başçısı bildirdi ki, “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.” Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin daşıma qabiliyyətinin Azərbaycanın daxili maliyyə resursları hesabına 5 milyon tona çatdırılması ölkənin həm texniki, həm də siyasi baxımdan tranzit funksiyasını möhkəmləndirdiyini sübut edir. Cənab Prezidentin qeyd etdiyi kimi: “Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.” Beynəlxalq ekspertlər də Azərbaycanın bu sahədəki rolunu yüksək qiymətləndirirlər. Məsələn, Beynəlxalq Nəqliyyat Forumu (ITF) 2024-cü il hesabatında Azərbaycanın Orta Dəhlizdə “strukturlaşdırılmış və liderlik edən ölkə” kimi qeyd olunduğunu bildirmişdir. Xəzər regionunda rəqəmsal transformasiya isə əslində logistikanın gələcəyi göstərir. Cənab Prezident İlham Əliyev çıxışında Orta Dəhlizin rəqəmsallaşdırılması təşəbbüsünü xüsusi vurğuladı: “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.” Bu təşəbbüs dünya miqyasında qəbul olunan “smart-logistika” modelinin regional səviyyədə tətbiqi baxımından mühüm addımdır. Beynəlxalq ekspertlər, xüsusilə Dünya Bankı rəsmiləri bu təşəbbüsü “regional nəqliyyat səmərəliliyinin artırılması üçün nümunəvi model” adlandırıblar. Bununla yanaşı, Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olan Azərbaycan, region ölkələri üçün tranzit xidmətləri göstərir və Bakı gəmiqayırma zavodunda inşa olunan yeni gəmilər bu infrastrukturun davamlılığını təmin edir. Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın COP29-a ev sahibliyinin təsadüfi olmadığını və bunun ölkənin beynəlxalq nüfuzunun göstəricisi olduğunu xüsusi qeyd etdi: “COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur.” COP29 çərçivəsində əldə edilən əsas nailiyyətlərdən biri karbon bazarları üzrə 10 il ərzində əldə edilməyən konsensusun əldə olunması və yeni maliyyə hədəfinin müəyyənləşdirilməsi idi: “Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır.” BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) bu hədəfi “çoxtərəfli iqlim diplomatiyasında dönüş nöqtəsi” kimi qiymətləndirmişdir. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq sazişi isə gələcək üçün fundamental əhəmiyyət kəsb edir: “Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.” Bu razılaşma faktiki olaraq Türk Dövlətləri Təşkilatı daxilində “yaşıl enerji dəhlizi”nin formalaşdırılmasına zəmin yaradır. Bütün bunlar Azərbaycanın strateji konturlarının güclənməsi deməkdir. Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız regional sabitlik və inkişafın təşəbbüskarı deyil, həm də Türk dünyasında uzunmüddətli iqtisadi və texnoloji inteqrasiyanın aparıcı qüvvəsidir. Bu liderlik, həm enerji keçidi, həm də iqlim dəyişiklikləri kontekstində Azərbaycanı qlobal oyunçular sırasına yüksəltmişdir. Azərbaycanın qlobal miqyasda artan təsiri, türk dövlətləri ilə strateji inteqrasiyası və Orta Dəhlizdəki mövqeyi onun qarşıdakı illərdə regional və beynəlxalq münasibətlərdə daha güclü mövqe qazanacağının bariz göstəricisidir. Budapeştdəki Zirvə görüşündə cənab Prezident İlham Əliyevin çıxışı geosiyasi və iqtisadi mesajlarla zəngin idi.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri