Lombard əməkdaşı sahibkarın 139281 manat pulunu mənimsədi MƏHKƏMƏ
Pravda.az-dan verilən məlumata əsasən, Icma.az bildirir Lombard əməkdaşı sahibkarın 139281 manat pulunu mənimsədi MƏHKƏMƏ.
Şəki Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Azad Abduallayevin (soyadı şərti)cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Azad Abduallayev 12 dekabr 2019-cu il tarixdən 24 dekabr 2021-ci il tarixədək olan müddət ərzində zərərçəkmiş Malik Yusifova (şərti) məxsus Göyçay şəhəri, Nizami küçəsi 45 ünvanında yerləşən lombardda lombard mütəxəssisi işləyib. O, müştərilərin qaytardığı ümumilikdə 139281 manat pulu mənimsəyib.
Azad Abduallayev bunun nəticəsində vətəndaşların zərərçəkmiş şəxsə məxsus lombarddan yenidən pul vəsaitləri götürməməsi səbəbindən lombardının bağlanmasına səbəb olaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Kamal Məmmədov

