Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Lombardlarla bağlı YENİ TƏLƏBLƏR

Lombardlarla bağlı YENİ TƏLƏBLƏR

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

"Bu sektora da tənzimləmə gətiriləcək, sadəcə normativ-hüquqi bazanın razılaşdırılması müəyyən vaxt tələb edir", - deyə o qeyd edib. Onu da deyək ki, sahibkarlıq subyektləri və istehlakçılar qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun əyarlanması və damğalanması üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar növbəti addım atılıb. Bu çərçivədə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun ekspertizası, diaqnostikası, əyarlanması və damğalanması məqsədilə laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb.

Bəs hansı tələblər ola bilər? Bu gün lombardlarla bağlı nə kimi boşluqlar var ki, hüquqi cəhətdən tənzimlənməsi zərurəti yaranıb?

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb.

İqtisadçı qeyd edib ki, lombardlarla bağlı əsas problemlərdən biri qiymətləndirmə məsələsi və tətbiq olunan faizlərin həddindən artıq yüksək olmasıdır: 

"Bu sahədə doğrudan da ciddi problemlərin mövcud olduğu uzun illərdir müzakirə edilir. Hazırkı vəziyyətdə lombardlar vətəndaşların girov qoyduğu əşyalara demək olar ki, öz istədikləri formada qiymət təyin edə bilirlər. Çox hallarda həmin əşyalar real bazar dəyərindən xeyli aşağı qiymətləndirilir. Nəticədə vətəndaş maddi sıxıntı səbəbindən məcbur qalaraq dəyəri yüksək olan əşyasını olduqca ucuz məbləğ qarşılığında girov qoyur.

Bununla yanaşı, lombardların tətbiq etdiyi faiz dərəcələri də əksər hallarda yüksək olur və bu da vətəndaşların əlavə maliyyə yükü ilə üzləşməsinə səbəb yaradır".

Natiq Cəfərli bildirib ki, əslində lombardlar faktiki olaraq maliyyə xidməti göstərən subyektlərdir: "Onlar insanlara müəyyən müddətlik vəsait təqdim edir, qarşılığında isə girov və faiz mexanizmi tətbiq olunur. Bu baxımdan məsələ artıq yalnız adi ticarət münasibəti deyil, maliyyə münasibəti kimi qiymətləndirilir. Məhz buna görə də Mərkəzi Bankın mövqeyi ondan ibarətdir ki, maliyyə xidməti göstərən hər bir qurum müəyyən tənzimləmə mexanizmlərinə tabe olmalıdır.

Çünki Mərkəzi Bankın əsas mandatlarından biri də istehlakçı hüquqlarının qorunmasıdır. Qurumun fəaliyyət istiqamətlərindən biri məhz maliyyə xidmətlərindən istifadə edən vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlıdır. Lombard xidmətindən istifadə edən şəxslər də nəticə etibarilə istehlakçı hesab olunurlar. Əgər onların əşyaları bazar qiymətindən qat-qat aşağı qiymətləndirilirsə və ya onlara yüksək faizlə borc verilirsə, bu artıq istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər".

İqtisadçı vurğulayıb ki, hazırda cəmiyyətdə də lombard fəaliyyəti ilə bağlı nəzarətin gücləndirilməsi barədə çağırışlar artır: "Xüsusilə aztəminatlı və maddi çətinlik yaşayan insanların lombard xidmətlərinə daha çox üz tutduğu nəzərə alınarsa, burada sosial həssaslıq məsələsi də ön plana çıxır. Bir çox hallarda insanlar təcili pula ehtiyac duyduğu üçün müqavilə şərtlərini tam araşdırmadan, yüksək faiz yükünü nəzərə almadan lombard xidmətindən istifadə etməyə məcbur qalırlar. Çox güman ki, yaxın dövrdə hazırlanacaq yeni qanunvericilik təşəbbüslərində Mərkəzi Bankın requlyativ alətlərinin lombardlara da tətbiq olunması məsələsi gündəmə gələcək. Buraya faiz dərəcələrinin müəyyən çərçivədə tənzimlənməsi, qiymətləndirmə mexanizmlərinə nəzarət, şəffaf müqavilə şərtlərinin tətbiqi və vətəndaş hüquqlarının qorunmasına yönəlmiş digər mexanizmlər daxil ola bilər. Eyni zamanda lombardların fəaliyyətinə dair daha ciddi hesabatlılıq və nəzarət sisteminin yaradılması da müzakirə edilə bilər.

Bütün bunlar onu göstərir ki, lombard sektorunun tamamilə nəzarətsiz fəaliyyət göstərməsi artıq qəbul edilən yanaşma deyil. Maliyyə bazarında fəaliyyət göstərən digər subyektlər kimi lombardların da müəyyən hüquqi çərçivələr daxilində işləməsi, vətəndaşların isə daha güclü hüquqi müdafiə mexanizmləri ilə təmin olunması istiqamətində addımların atılması gözlənilir. Çox böyük ehtimalla bu istiqamətdə qanunvericilik təşəbbüsləri yaxın dövrdə daha da aktuallaşacaq və praktiki şəkildə reallaşdırılacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 May 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri